AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам

В разделе материалов: 163
Показано материалов: 21-30
Страницы: « 1 2 3 4 5 ... 16 17 »

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
KOLLEGİYA QƏRARI

30 avqust 2012-ci il                                                                                            № 16-N

"Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə, habelə "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya 

QƏRARA ALIR:

 1. "Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu Təlimatın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Ədliyyə Nazirliyi üzrə 2010-cu il 20 dekabr tarixli 21‑T nömrəli əmrin 2.1-ci bəndi ləğv edilsin.
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
 
 Azərbaycan Respublikasının
ədliyyə naziri
I dərəcəli dövlət ədliyyə     Fikrət Məmmədov

Подзаконные акты | Просмотров: 428 | Загрузок: 293 | Добавил: Admin | Дата: 28.03.2013

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
 KOLLEGİYA QƏRARI
29 dekabr 2012-ci il      № 31-N

"Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 2364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

QƏRARA ALIR:
 
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 2364 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
 1. "Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. "Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə”nin təsdiq edilməsi barədə” nazirlik üzrə 2002-ci il 7 dekabr tarixli 35 ‑ T nömrəli əmr (29.12.2002-ci il tarixli 2947 nömrəli Şəhadətnamə) və "Təqsirləndirilən şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə” nazirlik üzrə 2009-cu il 29 mart tarixli 11‑T nömrəli əmr (15.05.2009-cu il tarixli 3447 nömrəli Şəhadətnamə) ləğv edilsin.
3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.


 Azərbaycan Respublikasının
ədliyyə naziri
I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov

Подзаконные акты | Просмотров: 465 | Загрузок: 0 | Добавил: Admin | Дата: 28.03.2013

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674) aşağıdakı dəyişikliklər edilsin:

1. 41.2-ci maddədə ", o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin” sözləri ", habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin” sözləri ilə əvəz edilsin.

Законы | Просмотров: 377 | Загрузок: 0 | Добавил: Admin | Дата: 28.03.2013

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ 

KOLLEGİYA QƏRARI

 29 dekabr 2012-ci il                                                                                               № 32-N

 "Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə

 "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli 667 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

 QƏRARA ALIR:

 1. "Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. "Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yemək qəbul etməkdən imtina edən məhkumların, həbsə alınmış şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə” nazirlik üzrə 2004-cü il 2 fevral tarixli 2-T nömrəli əmr (19.02.2004-cü il tarixli 3033 nömrəli Şəhadətnamə) ləğv edilsin.

3. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri 

 

 

Fikrət Məmmədov

Подзаконные акты | Просмотров: 425 | Загрузок: 269 | Добавил: Admin | Дата: 28.03.2013

Акты об амнистии и помиловании | Просмотров: 451 | Загрузок: 0 | Добавил: Admin | Дата: 29.12.2012

Акты об амнистии и помиловании | Просмотров: 400 | Загрузок: 0 | Добавил: Admin | Дата: 29.12.2012

NAZİRLƏR KABİNETİ 

Qərar № 256, 04/12/2006 il


Подзаконные акты | Просмотров: 359 | Загрузок: 89 | Добавил: Admin | Дата: 06.11.2012

Bu Qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Законы | Просмотров: 589 | Загрузок: 84 | Добавил: Admin | Дата: 06.11.2012

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
I. 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilsin.
II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2012-ci il.

Акты об амнистии и помиловании | Просмотров: 413 | Загрузок: 279 | Добавил: Admin | Дата: 07.09.2012

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 I. Azərbaycan Respublikası 1995-ci il martın 21-də Strasburq şəhərində Azərbaycan Respublikası tərəfindən imzalanmış «Məhkum olunmuş  şəxslərin verilməsi haqqında» 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına müvafiq bəyanatlar və qeyd-şərt ilə (bəyanatların və  qeyd-şərtin mətnləri əlavə olunur) qoşulsun.

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV
 Bakı şəhəri, 12 dekabr 2000-ci il.
                № 43-IIQ
Законы | Просмотров: 456 | Загрузок: 62 | Добавил: Admin | Дата: 04.09.2012

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0