1. Daimi yaşayış yeri olmayan, müvəqqəti
məskunlaşmış vərəmli xəstələr yaşayış və olduğu yer üzrə ərazi vərəm əleyhinə
müəssisəsi (dispanser, şöbə, kabinet) tərəfindən dispanser müşahidəsinə
götürülürlər.
Yoluxucu xəstəlik ocaqlarında vərəm əleyhinə
müəssisələrin sifarişlərinə əsasən cari və tamamlayıcı dezinfeksiya tədbirləri
aparılır. Ərazi gigiyena və epidemiologiya mərkəzləri bu işi təşkil edirlər.
Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il 9 milyon insan
vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan bu xəstəlikdən vəfat edir. Bu
səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq,
cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm
xəstəsi 1 ildə 10-15 insanı yoluxdurur. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik
və ölümlə nəticələnir.
1. Ağciyər vərəminin açıq forması, bəlğəmdə
mikrobakteriyalar aşkar edilməyən fəal ağciyər vərəmi, svişləri olan ağciyərdən
kənar vərəm, bakteriouriyalar, üz və əl dərisinin vərəmi ilə tutulmuş
şəxslərin:
1.1. doğum evlərinin (şöbələrinin) bütün
peşələri və vəzifələri;
1.1. Bu Təlimat cəzaçəkmə
müəssisəsinin normal fəaliyyətini təmin etmək, məhkumların davranışına və
cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş gündəlik qaydaya daimi
nəzarəti həyata keçirmək məqsədi ilə hər bir cəzaçəkmə müəssisəsində təşkil olunan
növbətçi xidmətinin fəaliyyətini tənzimləyir.
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, cəzaçəkmə müəssisəsinin nəzdində olan peşə məktəbi əmək bazarının tələbatına uyğun olaraq, peşələr öyrədən, əlavə təhsil verən və ictimai-faydalı əməyə şüurlu münasibət tərbiyə edən dövlət təhsil müəssisəsidir.
1.1. Bu Qayda Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 104.5.-ci maddəsinə uyğun olaraq
hazırlanmış və müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum
olunmuş şəxslərin cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən məktəblərdə
ümumi orta təhsilinin həyata keçirilməsini tənzimləyir.
1.1. Bu Təlimat Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 93.4-cü maddəsinə və "Həbsdə
saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamə”yə
müvafiq olaraq cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yemək
qəbul etməkdən imtina edən məhkumların, həbsə alınmış şəxslərin saxlanma
şəraitini, habelə onların məcburi qaydada qidalandırılmasının həyata
keçirilməsi məsələsini tənzimləyir.
1. Bu
qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə
uyğun olaraq hazırlanmış və məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından
kənara qısa müddətli səfərə buraxılması qaydasını müəyyən edir.
1.1. Bu Təlimat müəyyən müddətə azadlıqdan
məhrum etmə və Ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara
məhkum olunmuş şəxslərlə tərbiyə işinin təşkili məsələlərini
tənzimləyir.
1.1. Bu Təlimat Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsinə əsasən, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunub ödənilməsi üçün
sənədlərin rəsmiləşdirilməsi qaydasını və cəzaçəkmə müəssisələri ilə pensiya
təminatmı həyata keçirən müvafiq orqanların birgə
fəaliyyətini tənzimləyir.