AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Август » 1 » 12-ci “kolon”da qiyam olub? (Yenilənib)
16:49
12-ci “kolon”da qiyam olub? (Yenilənib)
YAYIM TARİXİ: 20 İyul 2013 15:06

"Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində hər hansı qiyam və yaxud iğtişaş baş verməyib ”. Bu açıqlamanı APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

M. Sadıqov bildirib ki, orada qiyam baş verməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur: "Bizdə konvoy dəstələri planlı şəkildə hər həftənin şənbə günü barələrində hökm çıxmış və Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisələrindən birində cəzasını çəkməyə məhkum edilmiş məhkumları istintaq təcridxanasından müəssisəyə, həmçinin həmin müəssisələrdə olan xəstə məhkumlar müalicə müəssisəsinə aparır”.

*****

*13.21*

Bu gün Qaradağ rayonunda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan şəxslər qiyam qaldırıb. AzNews.az-ın həbsxananın qarşısında olan əməkdaşının verdiyi məlumata görə, hazırda qiyama qalxan məhkumlarla danışıqlar aparılır və hadisənin böyümədən yatırdılması istənilir.

Bu dəqiqələrdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus "voronoklar” var. Həmçinin, həbsxananın qarşısına xeyli sayda əli avtomatlı əsgərlər də cəlb edilib.

Həbsxanadakı qiyamın böyüməsi ehtimalını nəzərə alaraq müəssisəyə yeni dəstək qüvvələri göndərilir.
Просмотров: 518 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, 12 saylı CÇM, etiraz aksiya | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0