AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 18 » 16-cı "kolon"da insident!
12:18
16-cı "kolon"da insident!
Müəssisəyə xüsusi təyinatlılar və texnika cəlb edilib
"Bir qrup məhkum xüsusi imtiyaz tələb edir"
*7/6/2013 [19:08]*

16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhbusun saxlanma şəraitlərinin yaxşılaşdırılması tələbilə qiyam qaldırması və müəssisəyə Penitensiar Xidmətin xüsusi təyinatlı qüvvələri və xüsusi texnikasının cəlb edilməsi ilə bağlı xəbərlərə  Penitensiar Xidmət tərəfindən aydınlıq gətirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Bizim Yol"a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, müəssisədə cəza çəkən və kriminal alımə meylli bir qrup məhkum özlərinə qarşı xüsusi imtiyazlı şərait tələb edərək, nizam-intizam qaydalarını pozublar. "Bu imtiyazlar qanunverciliyə zidd olduğunu müəssisə əməkdaşları həmin məhkumlara izah ediblər və onları nizam-intizam qaydalarına tabe olmağa çağırıblar. Bu çağırışlara əməl etməyən üç məhkum cərimə təcridxanasına salınıb”.

Mehman Sadıqov Penitensiar Xidmətin xüsusi təyinatlı dəstəsi və texnikası da müəssisənin ətrafına yerləşdirilməsi faktına da aydınlıq gətirib:

"Profilaktik tədbir olaraq 16 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar xidmətin xüsusi təyinatlı qüvvələri və xüsusi texnika cəlb olunsa da, onların müdaxiləsinə ehtiyac qalmayıb".

Qeyd edək ki, Aznews.az saytının məlumatına görə, həbsxanada baş verən qalmaqala səbəb iki məhkumun özünü doğraması olub. Hadisə belə cərəyan edib: İki məhbus həbsxanada telefon danışıqlarına nəzarət edən şəxsi vurub. Bunun ardınca isə həbsxana işçiləri yığışaraq həmin məhkumları çox möhkəm formada döyüblər. Həbsxana əməkdaşları tərəfindən möhkəm döyülən məhkumlar isə özlərini doğrayıblar.

Hadisələr də məhz bundan sonra başlayıb. Həbsxanada cəza çəkən digər məhkumlar döyülən və özlərini doğrayan məhbus yoldaşlarının müdafiəsinə qalxıblar və "kolon”da rəhbərliyə qarşı üsyana qalxıblar.

Baş verən hadisə ilə əlaqədar həbsxananın girişi bağlanıb və kənar şəxslərin yaxınlaşması qadağan edilib. Həbsxanadakı vəziyyətdən xəbər tutan məhbus yaxınları da 16 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşıblar.

Rəşad VAQİFOĞLU
http://bizimyol.info/?sehife=1&xeber=11916
Просмотров: 464 | Добавил: Admin | Теги: 16 saylı Cəzaçəkmə Müəssisəsi, məhkumlar, Azərbaycan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0