AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Сентябрь » 16 » 17-ci kolonun dustaqları üsyan edir
18:05
17-ci kolonun dustaqları üsyan edir

ÇƏRŞƏNBƏ AXŞAMI, 14 AUGUST 2012 16:09

Nemət Pənahlı da daxil olmaqla 28 məhbus cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlar və dözülməz şəraitdən şikayət etdi

Məhkumların yaşayış yeri kimi nəzərdə tutulmuş evlər çox bərbaddır. Pəncərələr yoxdur. Qış mövsümündə  polimer pərdələrlə tutulur. Bura yaşayış yerindən çox müharibə vaxtının səhra qosptalına bənzəyir. Məhkumların sıxlığı normadan çoxdur.
Məktubu Nemət Pənahlı və daha 27 məhbus imzalayıb:

Milli Azadlıq Hərəkatının lider simalarından biri Nemət Pənahlının da cəza çəkdiyi 17-ci kolonun 20-dən çox dustağı müəssisənin rəisinə (surəti Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa və KİV-ə olmaqla) müraciət edib. Müraciətdə cəzaçəkmə müəssisəsindəki acınacaqlı vəziyyətdən və qanunla təmin edilməli saxlanma şəraitinin pozulmasından şikayət olunur.

"Biz məhkumlar qanunsuzluqların və korrupsiyanın nəticəsində dözülməz şəraitdə cəza çəkirik. Cəzaların icrası məcəlləsinə uyğun olaraq  məhkum cəzanı "insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə” çəkməlidir. Ancaq 17 saylı cəzaçəkmə müəssisəsində bu tələb kobud surətdə pozulub” deyə şikayət edən məbuslar bir sıra problemlər sadalayıblar.

Məhbuslar şikayət edirlər ki, cəzaçəkmə müəssisəsində peşəkar və ixtisaslaşmış aşbaz yoxdur, adi məhkumlar aşbazlıq edir, hazırlanan yeməklər isə keyfiyyətsiz olur. Dustaqlara verilən çörək ən aşağı səviyyəli undan bişirilir. Nəticədə sağlam məhkumlar belə, müxtəlif xəstəliklərə düçar olur.

Məhkumların duş qəbul etməsi üçün şərait və tualet normal deyil. 200 nəfər cəmi 2 duşdan istifadə etmək məcburiyyətindədir, duşxana bərbad vəziyyətdədir. Tualet dezinfeksiya olunmur, bu da öz növbəsində dəri-zöhrəvi xəstəliklərə şərait yaradır.

200 məhkum bir krandan və qısa zaman kəsiyində içməli su götürmək məcburiyyətində qalıb. Verilən su isə şor sudan fərqlənmir və böyrək xəstəliklərinin mənbəyidir.

Cəzaçəkmə müəssisəsinin tibbi bölməsi faktiki olaraq fəaliyyət göstərmir, göstərsə də yalnız korrupsiya qanunları ilə fəaliyyət göstərir. Xəstə məhkumlara, ölümcül halda olsalar belə, yalnız qarınağrı və tərlətmə dərmanı təklif edilir. Məhkumları ən zəruri hallarda inyeksiya edən heç bir təhsili olmayan adi məhkumlardan biridir. Məhkumlar stasionar tipli müalicə müəssisəsinə köçürülmək üçün özlərinə xəsarət yetirmək məcburiyyətindədirlər.

Məhakumların asudə vaxtlarını səmərəli keçirmək hüquqları var. Lakin müəssisənin televiziya və film seyr etmə otağı çox bərbad vəziyyətdədir. Yayda istidən, qışda soyuqdan orada oturmaq mümkün deyil. Yağış tavandan içəri yağır.

Məhkumlar üçün nəzərdə tutlmuş ərzaq, yeyinti və zəruri əşyalar saxlanılan otaqlar tam yarasızdır. Orada olan soyuducular məhkumların sayına baxanda yox səviyyəsindədir. Bu da məhkumların yanına gətirilən sovqatların xarab olmasına səbəb olur. Məhkumlar öz hesablarına soyuducu gətirmək istəsələr də, müdriyyət haqsız olaraq buna mane olur.

Cəzaçəkmə müəssisəsinin növünün məhkəmə tərəfindən ümumi rejimli tipdə təyin edilməsinə baxmayaraq, bu müəssisə qapalı rejim xüsusiyyətlərini özündə daşıyır və qeyri qanuni hesab edilir.

Cəzaçəkmə müəssisəsində idmanla məşğul olmaq üçün heç bir şərait yoxdur. Kiçik bir otaqda guya idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bura isə 2-3 adam zorla sığır.

İslah olmuş məhkumların cəzalarının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi qanunda tutulmuş qaydaya uyğun olmayaraq, yalnız külli miqdarda rüvət verdikdə müdriyyət tərəfindən reallaşır. Bu da müəssisədə korrupsiyanın baş alıb getdiyini göstərən faktdır. Bu cür korrupsiya və neqativ hallar barədə səlahiyyətli orqanlara məlumat verən məhkumlar müdriyyət tərəfindən müxtəlif variant və şantajlarla günahlandırılaraq cərimə təcridxanalarına aparılır və işgəncəyə məruz qalırlar.

Məhbuslar bütün bunları qanunsuzluq, şəxsiyyətlərinin təhqir olunması kimi qiymətləndirir və bu halların dərhal aradan qaldırılmasını tələb edir.

1. Xanlarov Nurəddin  Yusif oğlu.

2. Pənahlı Nemət Əhəd oğlu.

3.Məmmədov Elman Bilal oğlu.

4. Məmmədov Qalib Yusif oğlu.

5. Cəfərov Etibar Cəfər oğlu.

6. İmanov Əjdər Malik oğlu.

7. Əsədov Telman Məhəmməd oğlu.

8. Bayramov Hidayət Cavid oğlu.

9. Quliyev Əli Məhərrəm oğlu.

10. Əliyev Elnur Cəbrail oğlu.

11. Nəsirov Sahil Abı oğlu.

12. Əhmədov Rəhim Əlihuseyn oğlu.

13. Mərdanov Qədir Siyavuş oğlu.

14. Mehdiyev Baloğlan Mustafa oğlu.

15. Hümbətov Elnur İsrail oğlu.

16. İsmayılov Niyazi Rafiq oğlu.

17. Bədəlov Ramiz Bədəl oğlu.

18. Məmmədov  Vaqif Binyət oğlu.

19. Tağıyev Elçin Rəşid oğlu.

20. Məmmədov Adil Həzi oğlu.

21. Şirəliyev Ram Şirvan oğlu.

22. Abbasov Vüsal Qoşqar oğlu.

23. Süleymanov Novruz Vidadi oğlu.

24. Quliyev Vüsal İdris oğlu.

25. Qəzənfərov Sərdar Eldar oğlu.

26. Şükürov Zöhrab Fərhad oğlu.

27. Bəyməmmədov  Söhbət

28. Qasımov Qalib Məmməd oğlu.

http://www.azadliq.info/cmyyt/298-cmyyt/20141-17-ci-kolonun-dustaqlar-uesyan-pueskueruer.html

Просмотров: 561 | Добавил: Admin | Теги: тюрьмы, азербайджан, колония no. 17, пытки, заключенные | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Сентябрь 2013  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0