AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 12 » 6 saylı CÇM-də monitorinq keçirilib
03:26
6 saylı CÇM-də monitorinq keçirilib
Azərbaycan, Bakı                                                                                                      29.03.2013
Press-reliz

ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi "Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin  6  saylı CÇM-də baxış - monitorinq və təlim həyata keçirilib.
Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Monitorinq zamanı bir neçə məhkumla konfidensial görüş keçirilib. Məhkumlar tərəfindən pis rəftar və işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb.
Eyni zamanda müəssisədə məhkumlar üçün "Məhkumların müraciət və şikayət etmə hüququ” mövzusunda təlim keçirilib. Təlimdə 53 nəfər məhkum iştirak edib. Təqdimatla çıxış edən Əliməmməd Nuriyev iştirakçılara milli qanunvericilik və beynəlxalq sənədlərdə nəzərdə tutulan müraciət və şikayətlərin edilməsi, onların yoxlanılması və baxılması ilə əlaqədar ətraflı məlumat verdikdən sonra müzakirələr aparılıb, məhkumların bir çox sualları cavablandırılıb.

Просмотров: 439 | Добавил: Admin | Теги: Azərbaycan, monitorinq, 6 saylı CÇM, həbsxanalar | Рейтинг: 1.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0