AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Февраль » 24 » AŞ və Aİ-nın “Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” mövzusunda birgə Proqramı çərçivəsində tədbirlər davam etdirilir
07:20
AŞ və Aİ-nın “Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” mövzusunda birgə Proqramı çərçivəsində tədbirlər davam etdirilir

06.02.2013 
Avropa Şurası və Avropa İttifaqının "Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” adlı birgə Proqramı çərçivəsində Penitensiar xidmət əməkdaşları üçün növbəti seminar-treninq keçirilir.
Belə ki, Proqram çərçivəsində 14.06.2012-ci il tarixdə AŞ-nın təşkilatçılığı ilə Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində keçirilən "Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi” mövzusunda görüşdə və eləcə də 05-06 dekabr 2012-ci il tarixlərdə Bakı şəhərində "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu və pis rəftarla mübarizə” yə dair keçirilən Dəyirmi masada Penitensiar xidmətin məsul əməkdaşları yaxından iştirak etmişlər. AŞ və Aİ-nın birgə Proqramı çərçivəsində bu mövzuda xüsusi təlim-seminarın Penitensiar xidmətin bilavasitə əməliyyat və rejim-nəzarət sahəsində çalışan əməkdaşları üçün keçirilməsi isə xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmış, seminarda iştirak edən əməkdaşların təlim zamanı əldə etdikləri bilikləri gündəlik fəaliyyətlərində tətbiq etmələrinin zəruriliyi bildirilmişdir. 
Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Teymur Məlikaslanov keçirilən tədbirlər sayəsində bu qurumun Penitensiar xidmətlə əməkdaşlığının səmərəliliyinin artdığını bildirərək, keçirilən seminar-treninqin əsas mövzusu və gündəliyi barədə məlumat vermişdir. 
AŞ-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı Elvin Məmmədov, AŞ-nın ekspertləri cənab Erik Svanidze və cənab Vitali Kasko seminarın işində iştirak edirlər. 
Seminar 07.02.2013-cü il tarixdə öz işini davam etdirəcəkdir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi 


Просмотров: 471 | Добавил: Admin | Теги: Penitensiar Xidməti, Azərbaycan, məhkumlar, işgəncə | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2013  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0