AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Январь » 2 » Azərbaycan Respublikası Prezidentinin əfv haqqında sərəncamı icra edilmişdir
17:51
Azərbaycan Respublikası Prezidentinin əfv haqqında sərəncamı icra edilmişdir
http://penitensiar.justice.gov.az/xeberler/718.html
15 October, 2013 18:30:00

Azərbaycan Respublikası Prezidentinin 14.10.2013-cü il tarixdə imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən 15 oktyabr 2013-cü il tarixdə vaxtında və dürüst təmin olunmuşdur. Əfv olunmuş 153 nəfər məhkumdan Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə cəza çəkən 134 nəfərə Əfv haqqında Sərəncam tətbiq edilmişdir. 15 oktyabr 2013-cü il tarixdə sayca 55-ci olan Əfv barədə Sərəncamın icrası Əfv komissiyası üzvlərinin, Ədliyyə nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir. Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət yaradılmış qruplar Əfv barədə Sərəncamın əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olmuş, Prezident Sərəncamının vaxtında və dürüst icrasını təmin etmişlər. 
Cəzadan azad edilmiş şəxslərə azad olunma haqqında arayışlar təqdim edilmiş, onlara yardımlar göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilmişdir. Əfv edilmiş 10 nəfər xarici ölkə vətəndaşı isə azad olunduqdan dərhal sonra Dövlət Miqrasiya Xidmətinə təhvil verilmişlər. 
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları ölkə başçısının bu humanist addımını yüksək qiymətləndirərək, ölkə Prezidenti cənab İlham Əliyevi seçkilərdə inamlı qələbə, habelə müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edərək ona dərin minnətdarlıqlarını ifadə etmişlər.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi


Просмотров: 440 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar, əfv | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0