AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Azərbaycanda işgəncə şikayətlərinin sayı ilbəil artır
02:25
Azərbaycanda işgəncə şikayətlərinin sayı ilbəil artır

28 fevral 2012 [12:05] 

Təkcə ötən il Işgəncələr Əleyhinə Komitəyə zorakılıq nəticəsində 9 ölüm faktıyla bağlı şikayət daxil olub

 

Ötən il Işgəncələr Əleyhinə Komitəyə 136 nəfər şikayət edib ki, bunlardan da 9-u ölüm halıyla bağlı olub. Bu barədə "Azadlıq”a məlumat verən komitənin sədri Elçin Behbudov bildirib ki, müraciətlər arasında polis, prokurorluq orqanları, cəzaçəkmə müəssisələri və hərbi hissələrdən şikayətlər üstünlük təşkil edir. Bununla belə, son iki ildə Nəqliyyat Departamentinin işçilərinin zorakılığıyla bağlı şikayətlərin sayı da əhəmiyyətli dərəcədə artıb.

Yeri gəlmişkən, bugünlərdə Işgəncələr Əleyhinə Komitənin yaranmasının 10 ili tamam oldu. Elçin Behbudov deyir ki, rəhbərlik etdiyi təşkilata bu müddətdə müraciət edənlərin sayı ilbəil artıb: "Azərbaycan işgəncələrə qarşı beynəlxalq konvensiyalara qoşulandan sonra BMT-nin Işgəncələr Əleyhinə Komitəsinin Azərbaycan üzrə məruzəçisi mənə bildirdi ki, uzun illər güc strukturlarında çalışmısan, qurumların "mətbəxini” yaxşı bilirsən, özün də işgəncə qurbanı olmusan, gəl, belə bir təşkilat yarat. Hüquq müdafiəçisi Eldar Zeynalovun da belə bir məsləhəti oldu və beləliklə, komitəni yaratmaq qərarına gəldik. Işgəncə dövlət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən vətəndaşa qarşı fiziki və ya mənəvi zorakılıqdır. Ötən 10 ildə dəyənəklə döyməkdən tutmuş, elektrikə verməyə, mənəviyyatın alçaldılmasına qədər ən müxtəlif işgəncələrlə bağlı minlərlə şikayətlər almışıq. Polisdə işgəncəyə məruz qalanlardan əsasən, ya başqasının əleyhinə, ya da etirafedici ifadə vermək tələb olunur. Hərbi hissələrdə yuxarı rütbəli zabitlərin hərbçiləri döyməsindən, alçaltmasından, həmçinin cəzaçəkmə müəssisələrində nəzarətçilərin zorakılığından şikayətlər günü bu gün də kifayət qədər çoxdur".

Hüquq müdafiəçisinin sözlərinə görə, komitəyə daxil olan şikayətlərlə bağlı dərhal araşdırma başlanır, müvafiq dövlət qurumlarına sorğular göndərilir. Demək olar ki, bütün hallarda dövlət orqanları məktublara işgəncə faktının guya, təsdiqini tapmaması haqda standart cavab verirlər. Buna baxmayaraq, səlahiyyətlilər bildirir ki, işgəncəyə dair şikayətlərdə adları hallananlar cəzasız qalmır: "Şəxsən Ramil Usubov mənə deyib ki, məktuba verilən cavabdan asılı olmayaraq, ərizədə adları hallanan şəxslərlə bağlı lazımi tədbir görülür”.

Yeri gəlmişkən, Elçin Behbudov bir müddət əvvələ qədər cəzaçəkmə müəssisələrində də monitorinqlər həyata keçirirdi. Lakin ona sonradan qadağa qoyuldu. Hətta cəzaçəkmə müəssisələrinə baxış keçirən Penitensiar Xidmətə Ictimai Nəzarət Şurasında da ona yer verilmədi. Elçin Behbudov deyir ki, bu qadağa cəzaçəkmə müəssisələrində gördüyü neqativ halları ictimaiyyətə açıqlamasından sonra qoyulub: "Şura yarananda onun ilk üzvlərindən biri mən olmuşam. Təəssüf ki, bəzi dövlət məmurları tənqidə dözümsüz olur. Mən bildirmişdim ki, monitorinqdən əvvəl müəssisə rəhbərliyinə bu haqda məlumat verilməməlidir, yəni, qəfil olmalıdır ki, real mənzərənin nədən ibarət olduğunu görə bilək. Amma bu, xoşlarına gəlmədi. Yeri gəlmişkən, Ictimai Şuranın koordinatoru bugünlərdə açıqlama verib ki, biz Elçin Behbudova müraciət edirik ki, cəzaçəkmə müəssisələrinə monitorinqə bizimlə getsin. Bu, yalandır. Əksinə, mən onlardan xahiş eləmişəm ki, bəzi məhkumlar mənə müraciət ediblər, onlarla görüşüb məsələni araşdırmaq istəyirəm. Amma imkan verilməyib”. (azadliq.az)


Просмотров: 450 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar, işgəncə, həbs | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0