AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Декабрь » 7 » Azərbaycanın hüquq müdafiəçisi ağır xəstəliyə tutulmuş məhkumların azadlığa buraxılmasını təklif edir
05:58
Azərbaycanın hüquq müdafiəçisi ağır xəstəliyə tutulmuş məhkumların azadlığa buraxılmasını təklif edir
28 Oktyabr 2009, 17:39 (GMT+04:00) Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın hüquq müdafiəçisi ağır və sağalmaz xəstəliyə tutulmuş məhkumların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məsələ qaldırıb. Trend -un məlumatına görə, ədliyyə naziri yanında yaradılmış İctimai Komitənin üçüncü tərkibinin fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağında hüquq müdafiəçisi Novella Cəfəroğlu bu təkliflə çıxış edib. Hüquq müdafiəçisi az ağır cinayətlərə görə ağır cəza alan məhkumların işinə yenidən baxılması və onların cəzadan azad olunması ilə bağlı İctimai Komitənin aidiyyatı qurumlar qarşısında məsələ qaldırmasını vacib sayıb. Cəfəroğlu cəzaçəkmə müəssisələrində məhkumların sayının azaldılması məqsədilə narkomaniyadan əziyyət çəkən məhkumların cəzadan azad olunmasını və müalicəyə cəlb olunması təklifini irəli sürüb. İctimai Komitənin koordinatoru Sahib Məmmədov bildirib ki, ağır xəstəliyə tutulan məhkumların vaxtından əvvəl cəzadan azad olunmasına qanunvericilik icazə verir. Məmmədov belə bir humanist addımın atılmasının tərəfdarı kimi çıxış edib. Komitənin son birillik fəaliyyəti barədə məlumat verən Məmmədov bildirib ki, İctimai Komitə builki səlahiyyət müddətində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinə müntəzəm baş çəkib, məhkumların saхlanma şəraitinin yaхşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaхtlarının səmərəli təşkilinə, hüquqi yardımın göstərilməsinə, maarifləndirilmə tədbirlərinin keçirilməsinə və digər məsələlərə diqqət yetirib. Başçəkmələrin nəticələri üzrə Ədliyyə Nazirliyinə hesabatlar təqdim olunub, müvafiq yığıncaqlar keçirilib. Komitənin koordinatoru yeni formalaşacaq tərkibin cəzaçəkmə müəssisələrinə başçəkmələr və monitorinqlərdən daha çox, məhkumların islahına diqqət yetirməsini vacib sayıb. Yeni tərkibdə təmsil olunacaq qeyri-hökumət təşkilatlarına məhkumların islah olunması məqsədilə yeni layihələrin icrasının həyata keçirilməsi tövsiyə edilib. Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İctimai Komitənin fəaliyyətini yüksək qiymətləndirib və qurumun işinə kömək məqsədilə gələcəkdə Şura tərəfindən maliyyə yardımı ayrılmasını mümkün sayıb. Tədbirdə Komitənin vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın həyata keçirilməsinə imkan verən nümunəvi model olduğu, ölkəmizdə belə bir meхanizmin fəaliyyətinə beynəlхalq marağın artdığı vurğulanıb. Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli əmri ilə təsdiq olunmuş və 27 aprel 2006-cı ildə dövlət qeydiyyatına alınmış "Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları" əsasında fəaliyyət göstərir. İctimai Komitənin fəaliyyətinin əsas istiqaməti məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin etməkdir. Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az
Просмотров: 308 | Добавил: Admin | Теги: Azərbaycan, səhiyyə, məhbuslar, İctimai Komitə | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0