AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Bakı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır
03:57
Bakı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır

06.06.2012 – Bakı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır

Penitensiar xidmətin və tabe qurumların əməliyyat aparatları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır. 
01.06.2012-ci il tarixdə Bakı İstintaq təcridxanasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində nəzarətçi vəzifəsində qulluq edən 1989-cu il təvəllüdlü ədliyyə baş çavuşu Rəhimov Amin Nazim oğlunun şalvarının kəmərində gizlətdiyi, sarı rəngli yapışqan lentə bükülmüş 13 qram narkotik vasitə - "marixuana” aşkar edilərək götürülmüşdür. Fakt üzrə cinayət işi qaldırılmışdır. 
Eyni zamanda həmin tarixdə Bakı İstintaq təcridxanasında nəzarətçi vəzifəsində qulluq edən 1980-cı il təvəllüdlü ədliyyə çavuşu Əliyev Nail Fazil oğlunun köynəyinin sağ döş cibindən 101 (yüz bir) ədəd "Baklafin” və 10 (on) ədəd "Baralgin” dərman həbləri aşkar edilərək götürülmüşdür. 
Penitensiar xidmətin tabeliyindəki Müalicə müəssisəsində 01.06.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Müalicə müəssisəsinin nəzarətçisi vəzifəsində qulluq edən 1980-cı il təvəllüdlü ədliyyə baş çavuşu Pirnəzərov Ceyhun Lətif oğlunun gətirdiyi göy rəngli paketin içində sellofana bükülmüş 4 (dörd) konvalyut, hər konvalyutda 14 (on dörd) ədəd olmaqla ümumilikdə 56 (əlli altı) ədəd "lirika” adlı həb aşkar edilərək götürülmüşdür. 
Faktlar üzrə araşdırma aparılır.


Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi

06.06.2012

http://penitensiar.justice.gov.az/xeberler/293.html

Просмотров: 468 | Добавил: Admin | Теги: Müalicə müəssisəsi, Azərbaycan, nəzarət, Bakı İstintaq təcridxanası, narkotik | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0