AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Апрель » 30 » Beynəlxalq İnkişaf Hüququ Təşkilatının eksperti Monika Martinez Penitensiar xidmətdə qəbul edilib
13:50
Beynəlxalq İnkişaf Hüququ Təşkilatının eksperti Monika Martinez Penitensiar xidmətdə qəbul edilib

6-04-2016, 18:57
06.04.2016-cı il tarixdə Beynəlxalq İnkişaf Hüququ Təşkilatının ədliyyə islahatı üzrə eksperti Monika Martinez öz xahişi ilə Penitensiar xidmətin Baş idarəsində qəbul edilib.

Qonağa son günlər Azərbaycanda baş verən hadisələr, erməni işğalçılarının zəbt etdikləri torpaqlarımızın azad olunması istiqamətində hərbçilərimizin keçirdiyi uğurlu hərbi əməliyyatlar barədə məlumat verilib. Qeyd olunub ki, dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Beynəlxalq İnkişaf Hüququ Təşkilatının eksperti Monika Martinez son hadisələrdən xəbərdar olduğunu və ATƏT-in Bakı ofisindəki fəaliyyəti ilə bağlı uzun illər yaşadığı Azərbaycanda baş verən olayları hər zaman izlədiyini diqqətə çatdırıb.

Qonaq hazırda əməkdaşlıq etdiyi təşkilat və Bakıya səfəri barədə geniş məlumat verib. O bildirib ki, Beynəlxalq İnkişaf Hüququ Təşkilatının ədliyyə islahatı üzrə eksperti olaraq həbsə alternativ cəzaların tətbiqi ilə bağlı yeni layihənin bir çox ölkələrlə yanaşı, Azərbaycanda da həyata keçirilməsi işinə cəlb olunub və bununla bağlı qarşı tərəfin fikrini və təkliflərini dinləmək istəyir.

Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barədə danışan Penitensiar xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov həbsə alternativ cəzaların tətbiqi ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib və onun həyata keçirilməsi üçün hər cür şərait yaratmağa hazır olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, sözügedən layihənin tətbiqi, ayrı-ayrı ölkələrdə sınaqdan keçirilmiş probasiya xidmətinin yaradılması əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da məhkumların sıxlığı probleminin aradan qaldırılması, izafi xərclərin azaldılması və insan hüquqlarına daha da hörmətlə yanaşılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Təklif olunan layihənin reallaşdırılması istiqamətində aparılan fikir mübadiləsinin nəticəsi olaraq tərəflər bu sahədə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq göstərəcəklərini ifadə ediblər.

Penitensiar xidmət
06.04.2016

http://penitensiar.justice.gov.az/news/134-06042016-beynlxalq-nkiaf-hququ-tkilatnn-eksperti-monika-martinez-penitensiar-xidmtd-qbul-edilib.html

Просмотров: 275 | Добавил: Admin | Теги: Azərbaycan, Penitensiar Xidmət | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Апрель 2016  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0