AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi
04:00
Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi

04.06.2012 - Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi istiqamətində Penitensiar xidmətin tabe qurumlarında tədbirlərin keçirilməsi davam etdirilir


04.06.2012-ci il tarixdə Penitensiar xidmətin Tərbiyə müəssisəsində "Ümidli gələcək” gənclər təşkilatının təşəbbüsü və Tərbiyə müəssisəsinin Himayəçilik şurasının dəstəyi ilə Hollandiyanın "Mən komandayam” idman təşkilatının mütəxəssisləri tərəfindən tərbiyə olunanlarla müxtəlif idman növlərində yarışlar keçirilmişdir.  
Tərbiyə müəssisəsinin rəisi, ədliyyə mayoru Arif Mirzəyev iştirakçıları salamlayaraq tədbir haqqında məlumat verdi. Qeyd olundu ki "Ümidli gələcək” gənclər təşkilatının təşəbbüsü ilə müəssisədə idman tədbirlərinin keçirilməsi artıq ənənə halını almışdır. 
Təşkilatın üzvləri – Kəmalə Aşımava, Kəmalə Bağırova və Elxan Mərdanlı, eləcə də Hollandiyalı qonaqlar – Peter Ottens və Giannini Giancarlo Olieberq çıxış edərək komanda yarışlarının keçirilməsində əsas məqsədin yeniyetmələr arasında kollektivçilik ruhunun, ümumi mənafeyə xidmətin aşılanması olduğunu vurğulamışlar. 
Tədbirdə iştirak edən Tərbiyə müəssisəsinin Himayəçilik şurasının sədri Xalidə Bayramova belə tədbirlərin təqdirəlayiq olduğunu və Himayəçilik şurasının da daim nəzarətində saxlanıldığını bildirdi. Himayəçilik şurasının adından məhkumlar üçün müəssisəyə bir ədəd müasir tipli camaşır makinası hədiyyə edildi. 
Məhkum Bayramov Cavanşir Vüqar oğlu cəzasının sonu ilə azad edildi. Məhkumun valideyninin, qonaqların və Penitensiar xidmət əməkdaşlarının iştirakı ilə ona buraxılış vərəqəsi təqdim olundu. 
Daha sonra hollandiyalı mütəxəssislərin iştirakı ilə məhkum tərbiyə olunanlardan ibarət komandalar arasında futbol və basketbol oyunları keçirilmiş, qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi

04.06.2012
 
Просмотров: 453 | Добавил: Admin | Теги: Azərbaycan, 4 saylı CÇM, Sosial Adaptasiya, Tərbiyə müəssisəsi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0