AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Апрель » 30 » Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 15 saylı cəzaçəkmə müəssisəsində
14:14
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 15 saylı cəzaçəkmə müəssisəsində

25-04-2016, 16:36

Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi davam etdirilir. Məhbuslarla növbəti görüş 25.04.2016-cı il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı ilə təşkil olunub.

Cəza çəkənlər qarşısında çıxış edən komitə sədri qeyd edib ki, müstəqillik illərində cəmiyyətin dini həyatında ciddi müsbət dəyişikliklər baş verib, dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılıb, dövlət sözün həqiqi mənasında vicdan azadlığının təminatçısına çevrilib. Eyni zamanda vurğulanıb ki, din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır, vətənə məhəbbət hissini gücləndirir. Dövlətin isə imanlı, əqidəli vətəndaşlara ehtiyacı var və dövlət mənəviyyatımızı milli sərvətin tərkib hissəsi kimi qiymətləndirir, ona qayğı göstərir. Dövlətin dinə münasibətində də siyasətinin əsasını məhz bu amil təşkil edir.

Tədbirdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbət aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib, dini ekstremizmə qarşı barışmaz mövqe nümayiş etdirilməsinin zəruriliyi, Azərbaycanın tolerantlıq modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı xüsusi kontingentin diqqətinə çatdırılıb, eləcə də məhkumların çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda məhkumların ibadət otaqlarına baş çəkilib, müəssisənin kitabxanasına komitənin rəhbərliyi tərəfindən müxtəlif çeşidli çoxsaylı kitablar hədiyyə edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.04.2016

http://penitensiar.justice.gov.az/news/138-25042016-dini-qurumlarla-zr-dvlt-komitsinin-sdri-15-sayl-czakm-mssissind.html

Просмотров: 419 | Добавил: Admin | Теги: Azərbaycan, 15 saylı CÇM, din | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Апрель 2016  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0