AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Март » 20 » Ədliyyə nazirliyi Penitensiar xidmətinin Baş idarəsində əməkdaşların təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilmişdir
22:08
Ədliyyə nazirliyi Penitensiar xidmətinin Baş idarəsində əməkdaşların təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilmişdir
Ədliyyə nazirliyi Penitensiar xidmətinin Baş idarəsində ədliyyə orqanlarında qulluq illərini başa vurmuş təcrübəli əməkdaşların təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilmişdir

12.03.2013-cü il tarixdə Ədliyyə nazirliyi Penitensiar xidmətinin Baş idarəsində Bakı İstintaq təcridxanasının rəisi vəzifəsində çalışmış ədliyyə polkovniki Elxan Sadıxovun və Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəis müvini, əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmiş ədliyyə polkovniki Tofiq Əliyevin təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilmişdir. 

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Elxan Sadıxovun və Tofiq Əliyevin təcrübəli əməkdaş olduqlarını, işə münasibətiləri ilə digər əməkdaşlara daim nümunə olduqlarını bildirərək, ədliyyə orqanlarında qulluq illərini şərəflə başa vurmaları münasibətilə Ədliyyə nazirliyinin rəhbərliyi və şəxsi heyət adından onları təbrik etmişdir. 

Hər iki əməkdaşa Ədliyyə nazirliyinin rəhbərliyi adından qiymətli hədiyyələr təqdim olunmuşdur. 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi. 

12.03.2013
Просмотров: 491 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, zabitlər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Март 2013  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0