AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Октябрь » 5 » Elektron kitabxana məhkumların istifadəsində
00:51
Elektron kitabxana məhkumların istifadəsində

14 August, 2014 17:55:00

Azadlıqdan məhrum edilmiş şəxslərin sosial müdafiəsinin təmin edilməsi, cəzadan azad edildikdən sonra müasir cəmiyyətə adaptasiya olunmalarına yardım məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu baxımdan penitensiar müəssisələrdə təşkil olunan dil və kompüter kursları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının ən müasir kompüter avadanlıqları ilə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir. 
14.08.2014-cü il tarixdə yeni istifadəyə verilmiş müasir standartlara uyğun Şəki Penitensiar müəssisəsində kompüter kursunu başa vurmuş məhkumların ilk qrupuna müvafiq sertifikatların təqdim olunma mərasimi keçirilib. İlkin kompüter biliklərinə yiyələnmiş 29 nəfər məhkuma “24 F/PS – Birinci yaradıcılıq birliyi”nin sertifikatları təqdim olunub. Kompüter vərdişlərinə yiyələnmiş məhkumlar ilk dəfə olaraq müəssisədə təşkil olunmuş elektron kitabxananın xidmətlərindən istifadəyə başlayıblar.
Tədbirdə Şəki Regional ədliyyə şöbəsinin və Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak edib. 

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.

14.08.2014
http://penitensiar.justice.gov.az/xeberler/1288.html

Просмотров: 370 | Добавил: Admin | Теги: Azərbaycan, təhsil, məhbuslar, həbsxanalar, Şəki Penitensiar müəssisəsi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0