AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 12 » Elmira Süleymanova 57 qadın məhkumla təkbətək görüşdü
03:21
Elmira Süleymanova 57 qadın məhkumla təkbətək görüşdü

Tarix: 28.03.2013 

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Penitensiar Xidmətin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb. Bu barədə hafta-ichi.az-a Ombudsman Aparatından məlumat verilib. Ombudsman E.Süleymanova bildirib ki, ölkəmizdə qadınların, o cümlədən, məhkum qadınların hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, müvəkkilin fəaliyyətində məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur: «Bu məsələ daim diqqətdə saxlanılır, məhkumların, o cümlədən, yetkinlik yaşına çatmayan, həmçinin qadın məhkumların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmək məqsədilə penitensiar müəssisələrə baxışlar keçirilir, məhkumların saxlanılma şəraitinin, onlara qarşı münasibətin öyrənildiyi diqqətə çatdırılır».

E.Süleymanova ölkə prezidenti tərəfindən 54 Əfv sərəncamının imzalandığını və 9 amnistiya aktının həyata keçirildiyini, bu humanist aktların davam etdirildiyini vurğulayıb.

Fəaliyyəti dövrü ərzində ombudsmanın ölkə prezidentinə yüzlərlə məhkumun əfv olunması ilə bağlı müraciət ünvanladığı, həmin müraciətlərin bir qisminin nəzərə alındığı, bu günədək ümumilikdə 391 məhkumun, o cümlədən, qadın məhkumların da əfv edilərək azadlığa buraxıldığı nəzərə çatdırılıb.
E.Süleymanova körpəsi olan məhkum qadınla da görüşüb, ana və uşağın vəziyyətini öyrənib.

Müvəkkil ona müraciət edən 57 qadın məhkumla təkbətək görüşüb, ərizə və şikayətlərini qəbul edib, səlahiyyətləri çərçivəsində problemlərinin həllində yardımçı olacağını söyləyib.

Əli, hafta-ichi.az

http://www.hafta-ichi.az/news.php?id=88018
Просмотров: 453 | Добавил: Admin | Теги: qadınlar, Azərbaycan, 4 saylı CÇM, Ombudsman, məhbuslar, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0