AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Июль » 26 » Həbsdə olanlara tətil keyfi (ARAŞDIRMA)
18:57
Həbsdə olanlara tətil keyfi (ARAŞDIRMA)

04.06.2014 11:02
Azərbaycan inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmağı başlayır

Müəllif  Çingiz Rüstəmov

İndi hansısa məhkumun bir neçə günlüyə evə buraxılması cəmiyyət tərəfindən heyrətlə qarşılanır. Bunu hərə bir cür yozur - kimi üçün güclü adamının olması, kimi üçünsə ciddi siyasi gedişlə izah edirlər. Amma yaxın zamanlarda bu özəllikdən hamı yararlana biləcək. Artıq Ədliyyə Nazirliyi tərəfindən xüsusi təkliflər hazırlanır və tezliklə Milli Məclisə təqdim ediləcək.

ANS PRESS-in məlumatına görə, həmin təkliflərdə müəyyən hadisələr zamanı, məhkumların əzizlərinin, doğmalarının xeyir-şər günlərində iştirak etmək üçün onlara məzuniyyət verilməsi nəzərdə tutulur.

Və bu, Azərbaycanın əksər hüquq müdafiəçiləri tərəfindən həddindən müsbət irəliləyiş kimi dəstəklənir. Hüquq müdafiəçisi, İşkəncələr Əliyehinə Komitənin sədri Elçin Behbudovun sözlərinə görə, indiyə kimi də belə hallara rast gəlinirdi. “Belə məzuniyyətlər xüsusi icazə nəticəsində verilirdi. Amma bunun qanuniləşdirilməsi artıq xüsusi icazəyə gərək qoymaycaq. MDB məkanında, bir sıra xarici dövlətlərlə belə praktika var. Özlərini yaxşı aparan, rejim qaydalarını pozmayan, mütəmadi olaraq təşəkkürnamələr alan məhkumlara qısa müddətli məzuniyyətlər verilir”,- deyə hüquq müdafiəçisi ANS PRESS-ə bildirib.

Elçin Behbudov Azərbaycanda nəzərdə tutulan dəyişiklikləri müsbət istiqamətə ən böyük irəliləyiş sayır: “Məhkum xüsusi icazə ilə hüzür yerinə buraxılanda yalnız dəfn mərasimində iştirak edə bilir və onu hüquq-mühafizə orqanlarının işçiləri müşayiət edir. Amma ona məzuniyyət veriləndə artıq heç bir polis müşayiəti olmadan bir neçə gününü ailəsinin içində keçirə biləcək”.

Məhkumlara məzuniyyətlərin verilməsi Qərb ölkələrində çoxdan tətbiq edilən praktikadır və orada müxtəlif cür məzuniyyətlər tətbiq edilir. Bəzi ölkələrdə məhkumlara ayda bir dəfə, bəzilərində isə ildə bir neçə gün məzuniyyətlər verilir. 2008-ci ildən Rusiyada da məhkumlar üçün məzuniyyətlərin verilməsi barədə müzakirələr gedib və şimal qonşumuzun bir çox həbsxanalarında artıq məhkumların ildə bir dəfə evə buraxılması tətbiq edilir. Məsələn, Rusiyanın Tula vilayətindəki həbsxanalarda məhkumlar ildə on gün evə buraxılır. Təbii ki, məzuniyyət günlərində məhkumun üzərində polis nəzarəti də olur, onlar gündə bir dəfə sahə müvəkkilinə baş çəkərək, xüsusi jurnala imza atırlar.

Hüquq müdafiəçiləri bu praktikanın məhkumların reabilitasiyasında çox müsbət rol oynadığını vurğulayırlar. “Ailənin içində 5-10 gün yaşamaq məhkumun həyata olan ümidini artırır və onda ailəsinə tez qovuşmaq arzusu yaradır. Bundan sonra o, davranışını elə qurur ki, evə vaxtında buraxılsın. Bəziləri hətta evə vaxtından əvvəl buraxılmaq ümidi ilə daha da nümunəvi davranmağa başlayır”,- deyə Elçin Behbudov bildirir.

Eyni fikri həbsdə olmuş jurnalistlər də vurğulayırlar. Məsələn, həbs müddətində atasının yasına görə bir neçə gün azadlığa buraxılmış yazar-jurnalist Mirzə Sakitin dediyinə görə, həmin məzuniyyətdən sonra o, həbsdəki günlərini sayıb: “Əsgərlikdəki kimi idim, artıq günləri saymağa başlamışdım. Onda dərk elədim ki, bir də yolum buradan keçməməlidir”, - deyə yazar jurnalist həbsdən çıxandan sonra qonaq olduğu ANS PRESS-də bildirmişdi.

Əslində, bağışlanıla bilən yüngül cinayətlər törətmiş və istəmədən ağır cinayətə səbəb olmuş, məsələn, özündən asılı olmayaraq qəza törədərək ölümə səbçb olmuş məhkumlar üçün həbsxana bir növ əsgərliyə bənzəməlidir ki, mülki həyatla bağları pozulmasın və cəza müddəti bitəndən sonra cəmiyyətə daha layiqli, daha müdrik vətəndaş kimi qayıda bilsinlər. Bu, Azərbaycan əhalisinin böyük hissəsinin sahib olduğu İslami təfəkkürə də çox uyğundur. Müqəddəs Qurani-Kərimdə bir əmr kimi yalnız əxlaqsız qadınların qapalı rejimdə tutulması buyurulur. Bilməyərəkdən işlənilən bir çox cinayətlərin, hətta ölüm cəzasının “diyə”, yəni müəyyən pul qarşılığında bağışlanması daha məsləhətli bilinir. Təbii ki, Tanrı kitabında belə buyruğun verilməsinin bütün bəşər tarixini əhatə edəcək çox səbəbləri var. Amma günümüzdə dərk edilən əsas səbəbi odur ki, həbsxana bəzən təsadüfi cinayət işləmiş adamları qapalı rejimin yaratdığı cinayət diktaturasının qurbanına çevirir. Uzun müddət qapalı rejimdə qalan insan sınaraq əksər hallarda dini təfəkkürdən uzaq olan “kriminal aləm” dəyərlərinə tabe olur və ömrünün sonrakı hissəsini hətta mülki həyatda da bu dəyərlər əsasında qurur. Yəni təsadüfən cinayət işləmiş adam çox vaxt həbsxanaya girdikdən sonra içəridən cinayətkar kimi çıxır. Türmələrin zərərçəkmişə dövlətin ödəyəcəyi “diyə”ni qaytarmaq üçün məcburi iş yeri olan, mütəmadi məzuniyyətlər verilən kazarmalara bənzəməsi, təbii ki, nəticələri 180 faiz dəyişdirər.

Bu baxımdan Elçin Behbudov məzuniyyət güzəştinin acır cinayətlərdə, qətllərdə əli olanlara, seksual manyaklara və s. kimi ictimai təhlükəli adamlara şamil edilməsini məsləhət görmür. Məntiq aydındır, bu adamlar məzuniyyətdə olanda da cinayət törədə bilərlər və yaxud qaçaraq gizli kriminal aləmdə öz fəaliyyətlərini davam etdirə bilərlər. Bu məsələ Azərbaycanda həbsxanaların cinayət dərəcəsinə görə ayrılmasını da gündəmə gətirir. Avropada ağır cinayətkarlar təkadamlıq kameralarda saxlanır ki, onlar bir-birləri ilə ünsiyyət quraraq yeni cinayətlərə imza ata bilməsinlər.

Nəzərdə tutan dəyişiklik başqa bir məsələni də gündəmə gətirir - həbsdə olan hamilə qadınlara analıq məzuniyyətinin verilməsi. Avropa ölkələrində, o cümlədən Rusiyada məhkum qadın əgər hamilədirsə və ya həbs zamanı hamilə qalıbsa, onun cəzası dərhal dayandırılır və ona uşağını dünyaya gətirib 7 yaşa çatdırılması üçün azadlıq verilir. Əgər qadın təkrar cinayət işləməzsə, o, həbsxanaya qaytarılmır. Azərbaycanda məhkum qadınlar uşağı dünyaya məhz həbsxanada gətirirlər və çox vaxt həmin uşaqlar analarının yanında böyüyür. “Bizdə məlumat var ki, hazırda həbsxanalarda məhkum qadınların himayəsində kiçik yaşlı uşaqlar var. Onlar üçün həbsxanada ayrıca otaqlar yaradılıb. Amma yenə də bu, psixoloji məsələdir və uşağın həbsxanada böyüməsi, hətta dərk etməsə belə, onun psixologiyasına ağır zərbə vurur”, - deyə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ANS PRESS-ə bildirib. Kəmal xanım bu məsələdə də inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsindən yararlanmağı məsləhət görür.
Mənbə
ANS PRESS

http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=275216

Просмотров: 448 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, tətil, qadınlar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июль 2014  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0