AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2017 » Февраль » 8 » Həbsxanada doğulan uşaq yoxa çıxdı
03:34
Həbsxanada doğulan uşaq yoxa çıxdı

09 Sentyabr 2016 15:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məhurə Hüseynova şok iddia ilə çıxış edib. Bir qrup şəxslə Hövsan qəsəbəsində Qalib Bağırovu öldürməkdə günahlandırılan qadın bildirib ki, o tutulan zaman digər təqsirləndirilən Ehtiram Həsənovdan hamilə olub: “Mənim uşağım doğulandan sonra üzünü göstərməyiblər. Yoxdur ümumiyyətlə. Yoxa çıxarıblar. Nə ölüsündən, nə də dirisindən xəbər var”.

Penitensiar Xidmətdən bildirilib ki, M.Hüseynovanın iddiaları absurddur və həqiqəti əks etdirmir. İdarənin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov açıqlamasında deyib ki, istənilən halda bu məsələ araşdırılacaq: “Əgər belə bir məsələ varsa o özü lazımı orqanlara müraciət edə bilər. Ümumiyyətlə həbsxanada qadının uşaq dünyaya gətirməsi və daha sonra onun iddia etdiyi kimi vəziyyətin yaranması mümkün deyil. Bunlar hamısı absurddur. Lakin istənilən halda biz məsələni araşdıracağıq”. (lent.az)

http://www.azadliq.info/156212.html

Просмотров: 237 | Добавил: Admin | Теги: qadınlar, Azərbaycan, məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2017  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0