AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Июнь » 11 » Həbsxanada sanitar qovşaqların sayı yetərli deyilmiş
16:50
Həbsxanada sanitar qovşaqların sayı yetərli deyilmiş

Tarix: 14.02.2014 

Milli Preventiv Qrupun üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar.
Milli Preventiv Qrupun (MPQ) üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar. Başçəkmə zamanı MPQ üzvlərinin tövsiyəsindən sonra müəssisə rəhbərliyi ilə karantində olan sanitar qovşaqların sayının artırılması razılaşdırılıb.

Qurumun saytına istinadən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətlərin yerində araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı bu müəssisədə cəza çəkən bir sıra məhkum, o cümlədən Hilal Məmmədov qəbul edilib, onlara hüquqları, daxili rejim qaydaları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Habelə Ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində hazırda əsaslı təmir işlərinin davam etdirildiyi, palataların sayının artırıldığı, yeni stomatoloji kabinetin tikildiyi müəyyənləşdirilib.

Məhkumların qaldırdığı məsələlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə digər tövsiyələr də verilib.

http://www.hurriyet.az/archives/22436

Просмотров: 407 | Добавил: Admin | Теги: 17 saylı CÇM, həbsxanalar, MPM, Azərbaycan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2014  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0