AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 12 » Həbsxanalarda “obşak”a nəzarət uğrunda mübarizə qızışıb
05:19
Həbsxanalarda “obşak”a nəzarət uğrunda mübarizə qızışıb

18.05.2013 [9:55]


Məlumatlara görə, həbsxanalarda demək olar ki, hər gün bu intriqadan doğan dava-dalaşlar baş verir. Bu, toqquşmalar əsasən "obşak”ın olduğu Bakı İstintaq Təcridxanasında, Qobustan Qapalı Həbsxanasında, 1 və 6 saylı Cəzaçəkmə Müəssisələrində olur. Yaranmış vəziyyət türmələrə nəzarət edən Penitensiar Xidmətin rəhbərliyini də ciddi narahat etməkdədir. Penitensiar Xidmət rəhbərliyi ən əsası bu xəbərlərin mediaya sızmasının qarşını almağa çalışır. Həbsxananın sıravi heyətinə tapşırılıb ki, qalın divarlar arasında baş verənlər haqda hətta evdə belə danışmasınlar. "Bu sərt qadağa həm də Penitensiar Xidmət rəhbərliyinin son zamanlar mediada sərt tənqid edən yazıların artması ilə də bağlıdır” deyə, mənbəmiz bildirib.
2010-cu ilin martında 1 saylı həbsxanada vəfat edən Məmməd Hüseynov - "Masallı Mammed” dən sonra həbsxanalarda "obşak”a nəzarət uğrunda başlayan mübarizə daha da qızışdı. 2012-ci ilin noyabrında Aslan Usoyan ("Ded Xasan”) klanı ilə düşmən münasibətləri olan "Rövşən Lənkəranski”nin "oğru" adının alınması, Azərbaycan həbsxanalarında "obşak”ın "Lotu Quli” yə verilməsi xəbəri yayıldı. Bunun ardınca "Lənkəranski” ilə "Quli” tərəfdarları arasında kütləvi dava, hətta bıçaqlanma xəbərləri artmağa başladı. Bu davada kifayət qədər təklənmiş kimi görünən "Lənkəranski”nin məhvi planı alınmadı. "Oğru” adının alınması ilə bağlı qərarda imzaları olduğu iddia edilənlərin bəziləri "Lənkəranski”ni dəstəklədi. "Ded Xasan”ın öldürülməsindən sonra isə "Lənkəranski” nin mövqeləri daha da gücləndi.
Maralıdır ki, "obşak”a nəzarət uğrunda indi daha bir nüfuzlu avtoritetin - "qanuni oğru” Əlibala Həmidovun da ("Yasamallı Qoca”) mübarizə apardığı deyilir.
Bu xəbərin də doğru olma ehtimalı böyükdür. Çünki martın 27-də Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həbs etdiyi "qanuni oğru” Rafiq Eyvazovun "Qoca” ya yaxın olduğu deyilirdi. O, Bakıda həbs edildikdən sonra Rusiya mətbuatı yazırdı ki, R.Eyvazovun həbsi məqsədlidir. Belə ki, R.Eyvazov "tacını” "Qoca”nın dəstəyi ilə alıb.Rusiya mətbuatı iddia edirdi ki, R. Eyvazovun taclandırılması müəyyən şərt daxilində həyata keçirilib. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, "zon”da "qanuni oğru”nun "Quli”nin deyil, onun olduğu sübuta yetirilsin. İndi "Qoca”nın adının da bu intriqada tərəf kimi keçməsi bu informasiyaya diqqəti artırır. 
Xəbəri günün sonunda aldığımız üçün Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlaya bilmədik. Sabahkı sayımızda onların da mövqeyini dərc etməyə çalışacağıq.

ORXAN

http://www.musavat.com/new/%C3%96lk%C9%99/152055-H%C9%99bsxanalarda_%E2%80%9Cob%C5%9Fak%E2%80%9Da_n%C9%99zar%C9%99t_u%C4%9Frunda_m%C3%BCbariz%C9%99_q%C4%B1z%C4%B1%C5%9F%C4%B1b

Просмотров: 512 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, obşak | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0