AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Сентябрь » 16 » Həcər Pənahlı: “O ərizəyə görə dustaqlara xüsusi amansızlıq göstəriblər”
18:10
Həcər Pənahlı: “O ərizəyə görə dustaqlara xüsusi amansızlıq göstəriblər”

"Nemətə deyiblər ki, səni nə yolla olur-olsun məhv edəcəyik”

CÜMƏ AXŞAMI, 30 AUGUST 2012 09:58

Həcər Pənahlı: "O ərizəyə görə dustaqlara xüsusi amansızlıq göstəriblər”

- Sözsüz ki, təşəbbüskar Nemət Pənahlı olub. Amma əslində o ərizə indi yox, daha öncə yazılmalı idi. Dekabr ayından 

-  Nemət 17 saylı kalona getdiyi bir gündən oradakı dəhşətli vəziyyət haqqında danışırdı. Bu vaxta kimi gözləməyi isə səbəbsiz deyildi. Orada hətta onu tanımayan dustaqlara belə, belə bir fikir aşılanıb ki, guya Nemət, bu xalqın düşmənidir, 20 yanvarda bu xalqı qırğına verib. Bu müddət ərzində dəfələrlə Nemətə qarşı təxribat etmişdilər ki, bu barədə mətbuata da məlumat vermişdim. Zaman keçdikcə, yəni onu tanıdıqca, söhbətlərini dinlədikcə aldadıldıqlarını başa düşüblər.ÿNemət bacardığı qədər dustaqların haqqını müdafiə edib, haqsız yerə incidilən hər bir dustağa görə rəhbərliklə üz-üzə gəlib. Sonra da qərara gəlib ki, konkret olaraq buradakı durum haqda aidiyyəti orqanlara ərizə yazsın. Inandırım sizi, oradakı dustaqlar elə bir hala salınıblar ki, qorxudan nəinkiÿhaqlarını tələb edə, heç nəfəslərini də çəkə bilmirlər. Tam əminəm ki, qorxu olmasaydı, hamı bir nəfər kimi o ərizəni imzalayardı. Çünki o ərizədəki bütün məlumatlar həqiqətdir və hər kəsin bildiyi şeylərdir. Hətta 28 nəfər belə, o ərizəni imzalayanda nələri gözə alıblar, Allah bilir. Nemət deyir ki, bu həbsxana həbsxanadan çox erməni düşərgəsinə bənzəyir. Dustaqlar da elə bil dustaq yox, əsirdirlər.

- Ərizə təkcə mətbuata yox, bütün aidiyyəti orqanlara-prokurorluğa, Penitensiarÿ Xidmətə, Ədliyyə Nazirliyinə və s. göndərildi. Nəticə də bu oldu ki, Penitensiar Xidmətdən müəssisəyə guya yoxlamaya Emin adlı bir nümayəndə göndərilib. Nemət deyir ki, bu adam bura araşdırmağa yox, konkret olaraq ərizəyə imza atmış dustaqları hədələməyə, cəzalandırmağa gəlmişdi. Əslində dustaqlar, yoxlama gəlməmişdən əvvəl də müəssisə rəhbərliyi tərəfindən ciddi şantaj olunmuşdular. Kiminiÿ"karserlə" qorxudublar, kimi üçdə birlə çıxmaq ərəfəsində olub şantaj ediblər ki, səni buraxmayacayıq və s. Penitensiar Xidmətin nümayəndəsi də bu prosesin davamını aparıb. Nemət içəri girən kimi qışqırıb  ki, "sən sübut edə bilərsən ki, bu müəssisədə rüşvət alırlar, nə aləmi bir-birinə qatmısan”. Uzun mübahisədən sonra Nemət tam əmin olub ki, bu adamın dərdi araşdırmaq deyil, şantajdır. O ki qaldı rüşvətə, o müəssisədə hər şey rüşvət üzərində bərqərardır və bunu da hamı bilir.ÿ Adamlardan qapının girişindən tutmuş, hər addımına qədər hər yerdə rüşvət alınır. Hər şey açıq-aşikar baş verdiyi halda Emin müəllim Nemətdən sübut tələb edib. Ümumiyyətlə o ərizənin imzalanması dustaqlara çox baha başa gəlib. Buna görə dustaqlara xüsusi amansızlıq göstərməyə başlayıblar. Nemət buna etirazını bildirəndə də ona qarşı təxribata əl atıblar. Konkret olaraq zampolit Rafiq Məmmədov, Daxili rejim qaydalarının inspektoru mayor Mayıl Mehdiyev, daxili rejim qaydaları üzrə rejim rəisi Ələddin və rəis müavini Ədalət Qurbanov dustaqları Nemətin üstünə qaldırmaq üçün hər cür çirkin vasitəyə əl atıblar. Xüsusilə Mayıl Mehdiyev və Rafiq Məmmədov dustaqları Neməti öldürməyə çağırıb. Deyiblər ki, Nemət bu xalqın düşmənidir, 20 yanvarda bu xalqı qırğına verib, nə bilim bu vəzifədə olanda əmr verirdi biz siziÿ burda əzirdik, indi də fürsətdir, siz bunu öldürün. Konkret olaraq dustaqları Nemətə hücum eləməyə təhrik ediblər. Bütün bunlar 200-dən artıq dustağın gözü önündə baş verib. Sizcə, bu boyda yalan ola bilər? ÿMən nə üçün bu adamların adlarını çəkirəm? Başda Mayıl Mehdiyev olmaqla bu dövlət məmurlarının əksəriyyəti qərbi Azərbaycandandır. Buna bir sözüm yoxdur, elə mən özüm də əslən qərbi Azərbaycandanam. Sadəcə demək istədiyim budur ki, vəzifə başında olan bu tip adamlar əmməlləri ilə cəmiyyətdə qərbi azərbaycanlılara qarşı nifrət hissi yaradırlar. Daha doğrusu yaradırlar yox, yaradıblar. Əslində belələrini el qınağına, xalqın mühakiməsinə vermək lazımdır ki, qərbi azərbaycanlıları cəmiyyətə bu cür təqdim edə bilməsinlər.

Ancaq nə qədər çalışsalar da, təxribatları baş tutmayıb. Dustaqlar əksinə, Nemətin müdafiəsinə qalxıblar. Sonda da deyiblər ki, bu iş burda bitmədi, biz səni nə yolla olursa-olsun məhv edəcəyik. Əslində Penitensiar xidmətin nümayəndəsi bunu araşdırmalı idi. Dustaqların problemləri nədir?ÿ Nemət Pənahlı nə istəyir ki? Əslində, azadlıqda olduğu kimi, həbsxanada da əgər Nemət Pənahlı özü üçün bir şey istəsə, bunu ona böyük məmnuniyyətlə verərlər ki, danışmasın.ÿ Ancaq Nemət insanların haqqının tapdanmamasını tələb edir. Düzü, Nemətin şəxsən özünü müəssisənin çirkin qanunlarından həmişə kənar tutmağa çalışıblar ki, səsini çıxarmasın. Amma bilirdim ki, bu uzun sürməyəcək. Çünki mənim tanıdığım Nemət məzluma zülm olunan yerdə susa bilməz.
- Bəli. Ona görə də mən fürsətdən istifadə edib, bildirirəm ki, Nemət Pənahlının həyatına hər hansı bir formada təhlükə yaransa, adlarını çəkdiyim şəxslər buna görə məsuliyyət daşımalı olacaqlar. Əslində elə həbs olunduğu bir gündən bu təhlükə var. Yadınızdsadırsa hələ Istintaq Təcridxanasında onun yanına guya dəfələrlə məhkum olmuş bir cani salmışdılar. O da Nemətə ülgüclə xəsarət yetirmək istəmişdi. O adamı Nemət 17-ci kolona gələndə görüb ki, korpusda komendant ÿişləyir. Sizcə bu nə deməkdir?
- Təkcə Eynulla Fətullayev müəssisədə olub. Onun da müsahibəsini oxudum, düzü mənə çox təəccüblü gəldi. Ərizədə yazılan bir çox məqamların, guya reallıqla üst-üstə düşmədiyi bildirilir. Məsələn 2 soyuducu yazıldığı halda 6 soyuducu varmış. Bilirsiz, mən bu növ izahatların nəyə xidmət elədiyini bilmirəm, amma onu dəqiq bilirəm ki, bu məsələ ilə bağlı o kalona gedən hər bir adam dəqiq bilib ki, ərizə yazılan kimi oradakı bəzi problemlər tələm-tələsik həll olunub, o cümlədən də soyuducu məsələsi.

"Dustaqlar qorxudan nəinki haqlarını tələb edə, heç nəfəslərini də çəkə bilmirlər”

Milli Azadlıq Hərəkatının liderlərindən olan, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nemət Pənahlının həyatına növbəti dəfə təhlükə yaranıb. Həyat yoldaşı Həcər Pənahlı "Azadlıq” qəzetinə müsahibəsində məsələnin təfərrüatlarına aydınlıq gətirib.

- Bu yaxınlarda mətbuatda Nemət Pənahlının saxlandığı 17 saylı kolonda baş verənlər barədə məlumat getdi. Nemət Pənahlının özünün də etiraf etdiyi kimi 28 məhbusun imzaladığı ərizənin təşəbbüskarı o olub.

- Bəs ərizə mətbuata veriləndən sonra aidiyyəti orqanlar nə reaksiya verdilər?

- Belə çıxır ki, Nemət Pənahlının həyatı təhlükə altındadır?

- Bəs hüquq-müdafiə təşkilatları məsələyə necə münasibət bildirdilər?

- Təkcə Eynulla Fətullayev müəssisədə olub. Onun da müsahibəsini oxudum, düzü mənə çox təəccüblü gəldi. Ərizədə yazılan bir çox məqamların, guya reallıqla üst-üstə düşmədiyi bildirilir. Məsələn 2 soyuducu yazıldığı halda 6 soyuducu varmış. Bilirsiz, mən bu növ izahatların nəyə xidmət elədiyini bilmirəm, amma onu dəqiq bilirəm ki, bu məsələ ilə bağlı o kalona gedən hər bir adam dəqiq bilib ki, ərizə yazılan kimi oradakı bəzi problemlər tələm-tələsik həll olunub, o cümlədən də soyuducu məsələsi.

http://www.azadliq.info/musahibe/336-muesahb1/20658-nemt-deyiblr-ki-sni-n-yolla-olursa-olsun-mhv-edcyik.html

Просмотров: 533 | Добавил: Admin | Теги: Azərbaycan, işgəncələr, həbsxanalar, 17 saylı CÇM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Сентябрь 2013  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0