AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Апрель » 5 » Hakim məhbus İslamçının ailəsinə görüş icazəsi verməyib
13:06
Hakim məhbus İslamçının ailəsinə görüş icazəsi verməyib

Bazar ertəsi, 12 Dekabr 2011

İslam Partiyası sədrinin müavini Vaqif Abdullayev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində müalicəsini davam etdirir. Məhbus islamçının ailəsindən "Media forum” saytına bildiriblər ki, onlar Vaqif Abdullayevin səhhəti haqda yanız vəkildən məlumat ala bilirlər.

Dekabrın 8-də ailə görüş üçün hazırda islamçıların şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədova rəsmi müraciət edib. Hakim məhkəmə prosesi getdiyini əsas gətirərək ailəyə görüş icazəsi verməyib.

Hazırda ailənin Vaqif Abdullayev barəsində aldığı məlumat onun səhhətinin nisbətən yaxşı olması, müalicənin normal davam etməsindən ibarətdir: "Təxminən 10-13 il əvvəl o, infarkt keçirmişdi. Eyni zamanda astma xəstəliyinə meyllidir. Heç vaxt siqaret çəkməyib. Ola bilər ki, son günlərin hadisələri və bronxlarındakı problem üst-üstə düşüb və nəticədə bu cür xəstələnib”.

Vaqif Abdullayev mikro infarkt diaqnozu ilə bu il dekabrın 2-də Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə gətirilib.

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Vaqif Abdullayevi 11 il müddətinə azadlıqdan məhrum edib. Hazırda bu hökmdən verilən apellyasiya şikayətinə baxılır.

Vaqif Abdullayev Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.

http://hicab.org/?p=5689

Просмотров: 474 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, görüş | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0