AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Декабрь » 7 » Hüquq müdafiəçiləri: "Əfv sərəncamının imzalanmasını müsbət qiymətləndiririk"
04:53
Hüquq müdafiəçiləri: "Əfv sərəncamının imzalanmasını müsbət qiymətləndiririk"
17 Oktyabr 2014 19:48 Bakı. Şəhriyar Əlizadə - APA. “Bir nəfərin azadlığa buraxılması bir ailənin sevinci deməkdir”. Bunu APA-ya açıqlamasında İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı prezident İlham Əliyev tərəfindən imzalanan sonuncu əfv sərəncamına münasibət bildirərkən deyib. S.Qocamanlı bildirib ki, hüquq müdafiəçisi olaraq prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirir: “Həsən Hüseynli, iki nəfər “NİDA”çı gənc və bir nəfər blogger azadlığa buraxılıb. Bu addımı çox yüksək qiymətləndirirəm və ümid edirəm ki, yanvar ayına kimi növbəti əfv sərəncamı imzalanacaq”. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə əfv sərəncamının imzalanmasını müsbət qiymətləndirdiyini deyib: “Təşəkkür edirik ki, prezident ildə bir neçə dəfə belə humanist addım atır. Biz ilin axırında gözləyirdik. Bizim üçün də sürpriz oldu. O siyahıda olan şəxslərin ailələri də sevinir. Bu yüzlərlə insanın sevinci deməkdir”. Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, dekabr ayında da növbəti əfv sərəncamının imzalanmasına ümid edir: “Bu addımı yüksək qiymətləndiririk və ümid edirik ki, dekabr ayında növbəti əfv sərəncamı imzalanacaq”. http://az.apa.az/news/359063
Просмотров: 342 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, əfv | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0