AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2011 » Март » 4 » Hüqüq müdafiəçiləri prezidentin sərəncamını müsbət qarşılayır
02:42
Hüqüq müdafiəçiləri prezidentin sərəncamını müsbət qarşılayır

    31 -12 -2010 . ƏFV siyasi məhbus problemini həll etmədi

Azərbaycan 2011-ci ilə siyasi məhbuslarla birgə gedir  


Prezidentin imzaladığı əfv fərmanı ümumilikdə 91 məhbusa şamil edilib. Beləliklə azadlıqdan mərhum edilən 71, azadlığı məhdudlaşdırılan 15, cərimə cəzasına məhkum edilən 5 və şərti cəza alan 1 məhbus əfv edilib. Ancaq siyasi məhbus kimi tanınan şəxslərin heç birinin adı siyahıya salınmayıb. Xüsusilə yerli və beynəlxalq ictimaiyyət, hüquq müdafiə təşkilatları jurnalist, vicdan məhbusu Eynulla Fətullayevlə, Ruslan Bəşirlinin azadlığa buraxılacağını gözləyirdilər. Gözləntilərin heç biri özünü doğrultmadı, hakimiyyət beynəlxalq təzyiqlərə boyun əyməyərək təkidli tələblərə əməl qoymadı. Hüquq müdafiəçiləri, siyasi məhbusların valideynləri əfv fərmanına münasibət bildiriblər.

Hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib ki, onların gözləntiləri özünü doğrultmayıb. «Gözləyirdim ki, Eynulla Fətullayev azadlığa buraxılacaq. Onun həbsdə qalması faktı başımızın aşağı olmasına səbəb olur. Nəzərə alsaq ki, əfvin verildiyi gün İlham Əliyev jurnalistlərin dostu elan olunmuşdu, gözlənilirdi ki, prezident həbsxanada jurnalistin qalmasına razı olmayacaq və beləliklə Azərbaycanda yeni era başlayacaq. Ancaq təəssüf ki, biz bunu müşahidə etmədik”.
Hüquq müdafiəçisi əlavə edib ki, Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsinin hazırladığı siyahıda 20-dən çox siyasi məhbusun adı var: "Bizim siyahı hakimiyyətə, Əfv Komissiyasına məlum idi. Ancaq siyahımızdan yalnız bir nəfər əfv edilib ki, bu da Rövşən Yusifovdur. Bu şəxs Sürət Hüseynovla əlaqədar həbs edilmişdi. Bundan başqa ümumi siyahıdan bir nəfərdə OMON-çu azad edilib. Hazırda bizim siyahıda olan 20 siyasi məhbus həbsxanada qalmaqda davam edir.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da siyasi məhbusların əfv oulnmamasından narazıdır: «Əfv insani duyğulardan, insanpərvərikdən irəli gələn sənəddir. 71 nəfərin azadlığa buraxılması müsbət addımdır. Bu sərəncama münasibət pis ola bilməz. Sadəcə, hüquq müdafiəçilərinin, ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların bu sənəddən müəyyən gözləntiləri vardı. Çox arzulayırdıq ki, narahatverici məsələlərə son qoyulsun. İlk növbədə məhbus jurnalist Eynulla Fətullayevin adının sərəncama daxil ediləcəyini gözləyirdim. Təəssüflər olsun ki, bunun şahidi olmadıq. Eyni zamanda hüquq müdafiəçiləri dəfələrlə həm Əfv Komissiyasına, həm prezidentə səhhətərində problemlər olan məhbusların bağışlanması üçün müraciət edib. Ruslan Bəşirlinin, Müşfiq Mədətovun, Telman İsmayılovun və başqalarınını azadlığa çıxmaması bizi çox təəssüfləndirir. Eləcə də keçmiş nazirlərin, onların ailə üzvlərinin də həbsxanadan buraxılması üçün dəfələrlə müraciətlər olub, amma bu da baş vermədi”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı
isə deyib ki, ümumilikdə əfvin verilməsi faktına münasibəti yaxşıdır: "İstərdim ki, belə əfvlər çox verilsin və mümkün qədər çoxlu məhbus bundan yararlansın, ailələrinə qayıdıb cəmiyyətdə yararlı adam olmaları üçün adaptasiya keçsinlər. Hesab edirdik ki, əfvə Eynulla Fətullayevin, Ruslan Bəşirlinin, Müşfiq Mədətovun, Anar Namazovun adları salınacaq. Çünki bu insanların əfv siyahısına düşməsini beynəlxalq aləmdə müsbət qarşılayardı. Ümid edirəm ki, Novruz bayramında əfv olacaq və bu insanların adı da siyahıya salınacaq”.

Hüquq müdafiəçisi Eldar Zeynalov
bildirdi ki, o, bütün əfv fərmanlarını pozitiv qiymətləndirir: "Ona görə ki, Azərbaycan həbsxanalarının indiki durumu bunu tələb edir. Düzdür, son 20 ildə əhalinin sayı ilə müqayisədə həbsxanalarda məhkumların sayı azalıb. Bu mənada Azərbaycan Gürcüstandan fərqlənir. Qonşu ölkənin əhalisi Azərbaycandan iki dəfə az olsa da, məhkumların sayı çoxdur. Amma Gürcüstan Avropa standartlarına daha yaxın hesab edilir. Çünki islahatlar sahəsində pozitiv addımlar atılır. Bu baxımdan Azərbaycan məhkəmələrində islahatlara ehtiyac var. Konkret olaraq, məhkum özünü yaxşı aparıbsa məhkəmə onu azad etməlidir”.
Hüquq müdafiəçisi təəssüflənir ki, bir gün əvvəlki fərmanı ilə onların siyahısından bir nəfər siyasi məhbus azad edilib: "Bizim siyahıdan yalnız keçmiş OMON-çu Rövşən Əliyevin adını çəkə bilərəm. Bu mənada 29 dekabr əfv fərmanı siyasi məhbus problemini həll etmədi. Onsuz da hökumət qarşısına bu problemi həll etməyi məqsəd kimi də qoymamışdı. Beynəlxalq təşkilatlar daha çox Eynulla Fətullayevin azad olunacağını gözləyirdilər».
E.Zeynalov sabiq nazir Əli İnsanovun müdafiəçisi Rizvan Talıbovun hələ də əfv olunmamasını anlamır: "Ola bilər ki, o, əfv ərizəsi yazmayıb. Güman ki, ona münasibət Əli İnsanova münasibətdən irəli gəlir. Amma Rizvan Talıbov gələn ilin yazında azad olunacaq, çünki vaxtı bitir. Avropa Məhkəməsində Əli İnsanovla bağlı bir sıra qərarlar olub ki, bunlar yerli məhkəmələrin proseduraları pozduğunu təsdiqləyir”.

Eynulla Fətullayevin atası Emin Fətullayev əfvlə bağlı danışmaq istəmədi. Bildirdi ki, Əfv Komissiyasının bir çox üzvüləri əfvin verilib-verilməyəcəyindən məlumatsız idilər: "Onlardan biri əfvin olacağını, digəri isə olmayacağını qeyd edirdi. Əslində əvvəlcədən hər şey məlum idi”.
"Yeni Fikir ” Gənclər Hərəkatının həbsdə olan sədri Ruslan Bəşirlinin atası Cəlil Bəşirli isə deyib ki, dekabrın 28-dən Bakıda imiş, ancaq dünən axşam saatlarında paytaxtı tərk edib: "Açığı gözləyirdik ki, nəsə olacaq, Ruslanın adı əfv siyahısına salınacaq. Ancaq təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Ruslanın özü də adının siyahıya düşəcəyini gözləyirdi».
Cəlil Bəşirli onu da bildirdi ki, Ruslan Bəşirli ilə görüşüb: «Hər kəsə salam göndərdi. Özünü yaxşı hiss edir. Sadəcə səhhətində müəyyən problemlər var, böyrəklərindən şikayətçidir. Bizə əvvəlcədən demişdilər ki, Ruslanın adı siyahıya salına bilər. Hətta bununla bağlı sənədlərdə hazırlanmışdı. Bir neçə gün əvvəl Baş İdarədən gələrək Ruslanın özündən ərizə almışdılar. Ancaq buna baxmayaraq əfvdə onun adına rast gəlmədik”.
Cəlil Bəşirli bununla belə ümidini itirmədiyini, ən sonda Ruslanın həbsxanadan çıxacağını vurğulayıb: "Bəlkə bundan sonra verilən əfvə onun adını salarlar. Hər halda biz ümidimizi itirmirik».   

Nemət

http://bizimyol.az/?mod=news&act=view&nid=44184

Просмотров: 569 | Добавил: Admin | Теги: həbsxana, Azərbaycan, məhbus, əfv | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Март 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0