AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2011 » Июль » 31 » Hüquq siyasəti və dövlət quruculuğu komitəsində
16:43
Hüquq siyasəti və dövlət quruculuğu komitəsində

26/04/11 

Aprelin 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. İclası  açan komitə sədri Əli Hüseynli bildirdi ki, bu gün Cinayət və Cəzaların icrası Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri  müzakirə  ediləcək.
Cinayət Məcəlləsinə təklif olunan  dəyişikliklər  barədə  ətraflı məlumat  verən  Əli Hüseynli qeyd etdi ki, qanun layihəsinə 59 dəyişiklik təklif olunub,  bu dəyişikliklər ümumilikdə  sənədin  101 maddəsini əhatə edir. 5 maddə yeni redaksiyada verilib, 2 yeni  maddə əlavə olunub, 3 maddədə isə sanksiyalar dəyişdirilib. Yeni layihəyə əsasən azadlığın məhdudlaşdırılması cəzasının islah işləri cəzası və ya cərimə ilə əvəzlənməsi  nəzərdə  tutulur. 
Çıxış edən millət vəkilləri  sənədə edilən  dəyişiklikləri zəruri sayaraq bildirdilər ki,  əvvəlcə tətbiq olunan cəza növü özünü doğrultmur. Bu baxımdan da məhkumun islah olunmasında nəticə verməyən cəzadan imtina edilməlidir. Qeyd olundu ki, sənəddə  edilən  dəyişikliklər  müvafiq  şəkildə  Cəzaların İcrası Məcəlləsində də əksini  tapacaq. 
Ətraflı müzakirələrdən sonra sənədlər parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

http://www.meclis.gov.az/?/az/news/view/1421/

Просмотров: 587 | Добавил: Admin | Теги: Azərbaycan, Məcəllə, Milli Məclis | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0