AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2010 » Декабрь » 21 » Hüsaməddin Abbasov məhkəmədən ədalətli qərar istədiyi üçün şou hazırlayıb
06:58
Hüsaməddin Abbasov məhkəmədən ədalətli qərar istədiyi üçün şou hazırlayıb
Тема: 10 sayli CCM de bascekme
Дата: Thu, 4 Nov 2010 07:45:57 -0700
От: Sahib Mammadov





Dünən Ədliyyə Nazirliyi yanında penitensiar müəssisələrə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin əməkdaşları 10-saylı cəzaçəkmə müəssisəsindəözünü yandıormağa cəhd edən məhbusa baş çəkib. Bu barədə «OLAYLAR»a İctimai Komitənin üzvü Sahib Məmmədov məlumat verib. Sahib Məmmədov bildirib ki, komitə üzvü Nazir Quliyevlə birlikdə noyabrın 3-də 10 saylı cəzaçəkmə müəssisəsində olub və hadisə ilə maraqlanıb: «Biz hadisə ilə maraqlanıb məsələnin nədən baş verdiyini araşdırdıq və məhbusun özü ilə görüşdük. Məlum oldu ki, müəssisədə cəza çəkən məhbus, 2 il əvvəl Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilərək 3 il 6 ay azadlıqdan məhrum edilmiş Abbasov Hüsaməddin Asif oğlu əvvəlcədən planlaşdırılmış halda cəzaçəkmə müəssisəsinin yataqxanasının damına çıxaraq əyninə geyindiyi pambıq gödəkçəyə od vurub. Məhbus bunu ədalətli məhkəmə qərarı tələb etmək məqsədilə edib. Yəni o cəzasının 2 ilini çəkib və cəzasının çəkilməmiş hissəsindən azad olunması üçün sənədləri məhkəməyə göndərilib və noyabrın 8-ə məhkəmə prosesi təyin edilib. Məhkəmədən ədalətli qərar çıxarılmasını istəyən məhbus bu məqsədlə özünü yandırmağa cəhd edəcəyini deyib. Bu məqsədlə də o məhbusları çağırıb yataqxananın damına çıxıb və əvvəlcədən planlaşdırdığı kimi onun bu hərəkətlərini çöldən də lentə alıblar». Sahib Məmmədov bildirib ki, o məhbusun özü ilə də təkbətək görüşüb və bədəninə baxış keçirib. Komitə əməkdaşları həmçinin təkrar tibbi müayinə də tələb edib: «Məhbusun bədənində heç bir yanıq izləri yox idi. Sadəcə ayağının altında iki yerdən cızıq var idi ki, bunun da yataqxananın damında şifer cızdığını məhbus özü etiraf etdi. Məhbusun bu hərəkətindən sonra ona fiziki zor da tətbiq edilməyib. Hazırda ounun səhhəti normaldır. Qeyd edim ki, məhbusun məhkəmə prosesində İctimai Komitənin üzvləri iştirak edəcək».  



--
Sahib  Mammadov

Chairman of the Executive Committee of 
Citizens' Labor Rights Protection League,
Member of The Council of State Support to NGOs
under the President of the Republic of Azerbaijan,
Member of the Board of Azerbaijan Lawyers Confederation

11, N.Narimanov str., Apt 16
Baku, AZ-1006, Azerbaijan

Tel: (+994 12) 418 68 08
Fax: (+994 12) 510 42 71
mob:(+994 50) 314 49 15
Просмотров: 517 | Добавил: Admin | Теги: Azərbaycan, mehbuslar, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Декабрь 2010  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0