AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Февраль » 16 » İctimai Komitənin iclası keçirildi
07:31
İctimai Komitənin iclası keçirildi
Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda İctimai Komitə üzvləri, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Sahib Məmmədov, Əhməd Abasbəyli, Nazir Quliyev, Rauf Zeyni, Şahin Camalov, Murad Sadəddinov, Zaur Seyidzadə, Ədliyyə Nazirliyinin idarə rəisləri Faiq Qurbanov və Malik Ələkbərov, həmçinin nazirliyin aidiyyatı məsul şəxsləri iştirak edib.

İctimai Komitənin üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda ilk növbədə Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı Nazirlər Kabinetinin son toplantısında səsləndirdiyi fikirlər müzakirə olunub. Ədliyyə nazirliyi sistemində ictimai iştirakçılığın daha effektiv təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqə İdarəsinin rəisi Faiq Qurbanov İctimai Komitənin fəaliyyəti, komitə üzvləri tərəfindən qaldırılan məsələlərə verilən təkiliflər və bunlarla bağlı həyata keçirilən işlər barədə İctimai Komitə üzvlərinə ümumiləşmiş məlumat təqdim edib. Nazirliyin Penitensiar Xidmətə Nəzarət üzrə Müfəttişliyinin Rəisi Malik Ələkbərov da nazirliyin yaratdığı vaxtından əvvəl şərti azad edilmə məslələri üzrə komissiyanın işi barədə məlumat verərək bildirib ki, indiyədək heç bir komissiya İctimi Komitənin iştirakı olmadan məsələlərə baxmayıb. Komitə üzvləri komissiyanın üzvüləridir və onlar bütün proseslərdə iştirak edir.

İclasda Komitənin ötən dövrdə həyata keçirilən başçəkmələr, vaxtından əvvəl şərti azad edilmə üzrə komissiyanın işi, sonrakı fəaliyyətlərə dair hər bir komitə üzvü çıxışlar edib və yeni şəraitdə ictimai nəzarətin effektivliyinin artırılması barədə fikirlərini söyləyiblər.

İclasda alimentlərin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası, bu sahədə mövcud olan problemlərlə bağlı məsələlər müzakirə olunub. Nazirliyin idarə rəisi Faiq Qurbanov bu sahədə nazirliyin qaynar xətt sisteminə daxil olan şikayətlərin idarə olunması ilə bağlı məlumat verib. İdarə rəisi bildirib ki, hazırda aliment fondunun yaradılması məsləsi  müzakirə olunmaqdadır.

İclasda aşağdakı istiqamtlərdə işlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub.

1. İctimai Komitənin veb səhifəsinin bərpa olunması və facebook səhifəsinin yaradılması;
2.İctimai Komitənin cəza çəkmə müəssisələrinə baş çəkərkən istifadə etdiyi hesabat formasının təkmilləşdirilməsi;
3. İctimai Komitənin 10 illik yubileyi ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi;
4. Monitorinqlərin keçirilməsində əlaqələndirmə məsələlərinin gücləndirilməsi.

Tarix: 05 Fevral - 20:59

http://teleqraf.com/news/86413
Просмотров: 328 | Добавил: Admin | Теги: Zaliha Tahirova, Azərbaycan, İctimai Komitə | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
29

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0