AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Октябрь » 5 » İlk 6 aylıq fəaliyyətin yekunları
00:00
İlk 6 aylıq fəaliyyətin yekunları

30 July, 2014 15:41:00

30.07.2014-cü il tarıxdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak etmişlər. 
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev müşavirəni açaraq, Penitensiar xidmətin 2014-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vurmuş və qeyd etmişdir ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilmişdir. 
Müşavirədə Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarım ili ərzində 211 müxtəlif cinayətlərin üstü açılmışdır. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olmuşdur. Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılmışdır. 
  Müşavirədə hesabat dövrü ərzində Penitensiar xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 əməkdaşın isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunmuşdur. Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri çıxış etmişlər. 
Müşavirəyə yekun vuran Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar vermiş, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırmışdır.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.

30.07.2014

http://penitensiar.justice.gov.az/xeberler/1267.html

Просмотров: 366 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, Penitensiar Xidmət | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0