AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Keçmiş məhkumların cəmiyyətə inteqrasiyası müzakirə olunub
03:32
Keçmiş məhkumların cəmiyyətə inteqrasiyası müzakirə olunub

Dərc olunub 04/06/2012, 16:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Məşğulluq və Sosial Təminat Xidmətlərinin rəsmiləri ilə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi əməkdaşlarının görüşü keçirilib.

İctimai Birlikdən 525.az-a verilən məlumata görə, görüşdə məqsəd ABŞ səfirliyinin dəstəyi ilə yaradılmış və keçmiş məhkumlara təmənnasız olaraq hüquqi, psixoloji və sosial dəstək verən "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi” ilə penitensiar müəssisələrdən azad olunanların sosial adaptasiyasına məsul strukturlarla əlaqələndirilmənin yaradılması olub.

Görüşdə çıxış edən təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, 5 il əvvəl ölkəmizdə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun qəbul edilməsinə, bir sıra dövlət proqramlarına bununla bağlı fəaliyyətlərin daxil edilməsinə, bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, bu gün də keçmiş məhkumların cəmiyyətə inteqrasiyası məsələsində müəyyən problemlər qalmaqdadır. Məhz bu səbəbdən "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi belə bir Mərkəzi yaradıb.

Tədbirdə keçmiş məhkumların cəmiyyətə inteqrasiya ilə bağlı qarşılaşdığı problemlər, xüsusilə onların məşğulluq və sosial təminat məsələləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə gördüyü işlər barədə geniş müzakirələr aparılıb. Qeyd edilib ki, "Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi”nin keçmiş məhkumlar üçün zəruriliyi və bu təcrübənin "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunun tələblərindən irəli gələn və gələcəkdə yaradılması nəzərdə tutulan sosial adaptasiya mərkəzləri üçün faydalı olacaq. Bütün sahələrdə olduğu kimi bu istiqamətdə də dövlət sektoru ilə ictimai sektorun birgə və əlaqəli fəaliyyəti müsbət nəticələrin əldə olunmasına dəlalət edən başlıca amillərdən biridir. Ölkəmizdə ildən- ilə təkmilləşən qanunvericilik bazasında da bu əməkdaşlığın tədricən təsbit edilməsi, bu sıradan "Məşğulluq haqqında” Qanununda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinə sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklərin nümayəndələrinin də cəlb olunmasının göstərilməsi müsbət qiymətləndirilib.

http://525.az/sosial/article/372

Просмотров: 477 | Добавил: Admin | Теги: Azərbaycan, inteqrasiya, məhkumlar, Sosial Adaptasiya | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0