AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Январь » 2 » Əli İnsanov Ədliyyə Nazirliyini də məhkəməyə verdi
05:31
Əli İnsanov Ədliyyə Nazirliyini də məhkəməyə verdi
Sabiq nazir standartlara uyğun saxlanma şəraiti tələb edir
<http://bizimyol.info/?sehife=1&xeber=14858#>
10/9/2013 [18:15]

Sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə nazirliyini məhkəməyə verib. Bu barədə "bizimyol.info"ya  Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. "Avropa İnsan Haqları Məhkəməsinin 14 iyun 2013-cü ildə qüvvəyə minmiş qərarında Əli İnsanovun uzun müddət ağır şəraitdə saxlanmasının Avropa Konvensiyasının müvafiq maddəsinin pozulması nəticəsinə gəlib. Lakin Ədliyyə Nazirliyi Avropa İnsan Haqları Məhkməsinin qərarını icra etmir. Əli İnsanov onun üçün xüsusi saxlanma şəraitinin yaradılmasını tələb etmir. Uzun illərdir 128 yerli, ağır şəraitli və rütubətli, zəif işıqlandırıllan və adambaşına 1.76 m/kv ərazi düşən barakda saxlanılmasından narazıdır. Halbuki Avropa Penitensiar qaydalarına görə cəzaçəkmə müəssisələrində adambaşına düşən sahə 7 m/kv-dan az olmamalıdır. Əli İnsanov tələb edir ki, Ədliyyə Nazirliyi Avropa İnsan Haqları Məhkəməsinin qərarına Ali Məhkmənin plenumunda baxılanadək məhbusların saxlanma şəraiti barədə əsasnaməyə uyğun şəraitdə saxlanılmasını tələb edir" - deyən vəkil vurğuladı ki, bununla bağlı iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, Əli İnsanov onun barəsində Avropa Məhkəməsinin 14 mart 2013-cü il qərarını icra etmədiyinə görə, Azərbaycan Ali Məhkməsinin sədri Ramiz Rzayevi də məhkəməyə verib. Həmçinin sabiq nazir Avropa Məhkməsinin qərarını icra etməməsi səbəbilə qərarların icrasına nəzarəti həyata keçirən  Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycan hökumətindən şikayət edib.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət bu ilin mart ayında təmin edilib. Məhkəmə hesab edib ki, Əli İnsanova qarşı Konvensiyanın 3-cü maddəsi pozulub, ona işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Əli İnsanov indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan haqları Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Heç bir tərəf qərardan Avropa Məhkməsinin Yuxarı Palatasına şikayət etmədiyinə qərar 14 iyun 2013-cü ildə qüvvəyə minib.

Rəşad VAQİFOĞLU
Просмотров: 481 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, 13 saylı CÇM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0