AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Апрель » 5 » Əli İnsanovun həbsxana rəhbərliyindən şikayətinə baxıldı
10:52
Əli İnsanovun həbsxana rəhbərliyindən şikayətinə baxıldı

 

Yeni Müsavat, 2011-11-16

Sabiq nazirin iddiası təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Qeyd edək ki, Ə. İnsanov saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində vəkilləri ilə görüşə şərait yaradılmadığını əsas gətirərək Ədliyyə Nazirliyi Penitensiar Xidməti və 13 saylı cəzaçəkmə müəssisəsinə qarşı müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması və hərəkətin qanunsuz hesab olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə şikayət ərizəsini təmin etməyib. Həmin qərardan isə apelyasiya şikayəti verib. 

Xatırladaq ki, Ə. İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xidməti

http://www.musavat.com/new/%C3%96lk%C9%99/112240-%C6%8FL%C4%B0_%C4%B0NSANOVUN_H%C6%8FBSXANA_R%C6%8FHB%C6%8FRL%C4%B0Y%C4%B0ND%C6%8FN_%C5%9E%C4%B0KAY%C6%8FT%C4%B0N%C6%8F_BAXILDI

Просмотров: 552 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, hüquqi yardım | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0