AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Июль » 26 » Əli İnsanovun şikayəti üzrə iki qərardad qəbul olunub
19:49
Əli İnsanovun şikayəti üzrə iki qərardad qəbul olunub

10/7/2014 [16:15]
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun Ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətə qarşı iddiası üzrə proses başa çatıb.
Hakim Elçin Məmmədov “Media forum” saytına deyib ki, məhkəmə Əli İnsanovun şikayəti üzrə iki qərardad qəbul edib: “Birinci qərardad şikayətin bir hissədə təmin olunmasının qeyri-mümkün sayılması və rədd edilməsi haqdadır. Vəzifəli şəxslərə qarşı iddianın təmin olunmasını qeyri-mümkün saymışam və rədd etmişəm. İkinci qərardad isə iddiaçının və vəkillərinin prosesdə iştirak etməməsinə görə şikayətə baxılmasının qeyri-mümkün sayılması haqdadır”.
Hakim bildirib ki, dəfələrlə bildirişlər göndərmələrinə baxmayaraq Əli İnsanov və vəkilləri məhkəmə proseslərində iştirakdan imtina ediblər: “Məhkəmə proseslərini bir neçə dəfə təxirə saldıq. İddiaçıya və vəkillərinə prosesdə iştirak etmək üçün rəsmi bildirişlər göndərdik. Amma məhkəməyə gəlmədilər.  Onlar iştirak etmədiklərinə görə şikayətə baxılmasını qeyri-mümkün saymışıq”
Əli İnsanov və vəkilləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin vəzifəli şəxslərə qarşı iddianın təmin edilməməsi qərardadı ilə razılaşmayıblar və Bakı Apellyasiya Məhkəməsinə şikayəti veriblər.
Əli İnsanov həbsdə olduğu müddətdə pis rəftara və işgəncəyə məruz qaldığı iddiası ilə ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidməti məhkəməyə verib. Azərbaycan məhkəmələri şikayəti təmin etməsə də, Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun işgəncəyə məruz qalması faktını tanıyıb və bununla bağlı qərar qəbul edib. Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına uyğun olaraq sabiq nazirin işgəncəyə məruz qalmasının araşdırılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə işə baxmaqdan imtina edərək onu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ötürüb. Əli İnsanov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən prosesdə iştirakdan  imtina edib.
Sabiq nazir 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

http://bizimyol.info/?xeber=27168

Просмотров: 410 | Добавил: Admin | Теги: Azərbaycan, şikayətlər, AİHM, məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июль 2014  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0