AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Июнь » 14 » “Masallı Mamed” ilinə ciddi hazırlıq gedir
17:21
“Masallı Mamed” ilinə ciddi hazırlıq gedir

«Qanuni oğru» ilə bağlı maraqlı məlumatlar

Sabah "Masallı Mamed” ləqəbilə tanınan "qanuni oğru” Məmməd Hüseynovun vəfatının ildönümüdür. Masallıdan aldığımız məlumata görə, rayon camaatı "Masallı Mamed”in il mərasiminə ciddi hazırlıq görür. Bildirilir ki, il mərasiminə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Rusiyadan  yüzlərlə insanın gələcəyi gözlənilir. Mərasim Masallının mərkəzində, "Cümə” məscidinin qarşısında keçirələcək. Qəbirüstü ziyarət saat 14.00-a planlaşdırılır. Yeri gəlmişkən, artıq "Masallı Mamed”in qəbirüstü abidəsi də hazırdır. Bu barədə qəzetimizin ötən sayında da məlumat vermişidik. Bildirmişdik ki, "Masallı Mamed” digər mərhum "qanuni oğru”lar "Lotu Bəxtiyar” və Sabirabadlı Hikmət"dən fərqli olaraq ayaqüstə təsvir olunub. Həmçinin vurğulamışdıq ki, "qanuni oğru” barədə "Masallı Mamed” adlı kitab nəşr olunub. Kitabda onun bağlı xatirələr və oğru həyatı barədə faktlar əks olunub.
"Masallı Mamed” ötən il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.

Ilk məhkumluq

1960-cı ildə Masallıda anadan olan "qanuni oğru” ilk dəfə  17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed”in atası Isgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən Isgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. Isgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. 
Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası Isgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.

Şuşa "krıtısı”

Mamed cəzasının 5 ilini çəkmək Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman "Şuşa krıtısı” kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi  həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun "Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir.

"Dağlı Cavanşir”lə tanışlıq

Mamed Qroznı həbsxanasına daxil olmamışdan qabaq onun sorağı buradakı məhkumlara çatmışdı. Hər bir məhkum bilirdi ki, "Şuşa krıtısı”ndan gələn bu gənc oğlan heç kimin qarşısında əyilməyən və haqqı müdafiə edən bir şəxsdir. Bu həbsxanada cəza çəkənlərdən biri də mərhum "qanuni oğru” "Dağlı Cavanşir” idi. O zaman "Dağlı Cavanşir” də hələ "qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Mamed buradə Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır.
Qapalı həbsxanada cəzası bitdikdən sonra Mamed Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmayan Mamed yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun "evi” Voloqda şəhərindəki "Sentral” adlı müvvəqqəti təcridaxana olur. Mamed bu təcridxanada kriminal qaydalar tətbiq edir, "vəziyyət” yaradır. Buradan isə "Marosskaya Tşina” adlı həbsxanaya göndərilir. Bu həbsxanada bir çox tanınmış "qanuni oğru”lar "qonaq” olublar. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən "Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində Mamedin böyük rolu olur. Bütün bunlar "qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Mamed məhkumlar arasındakı böyük nüfuzunu görən "qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir. Lakin "qanuni oğru” titulunun məsuliyyətini dərk eədərək bu təklifi qəbul etmir.

1993-cü il: "Qanuni oğru” titulu

1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı "Leyla” şadlıq evində "qanun oğru”lar "Lotu Bəxtiyar”, "Sabirabadlı Hikmət”, "Dağlı Cavanşir”, "Yetim Hüseyn”, "Ənvər Sovetski” və "Irəvanlı Faiq”in iştirakı ilə Mamedə "qanuni oğru” titulu verilir. Bundan sonra "Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur.  Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 
Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra "Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.


Qeyd: Yazıda AzərNurun "Masallı Mamed” kitabından istifadə olunub.

Namiq

http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=14681:masall-mamed-ilin-ciddi-hazrlq-gedir&catid=330:cmyyt1&Itemid=391
Просмотров: 545 | Добавил: Admin | Теги: lotular, məhbuslar, Azərbaycan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0