AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 18 » MTN-də Hacı Məmmədova xüsusi diqqət
14:38
MTN-də Hacı Məmmədova xüsusi diqqət
BAZAR, 09 İYUN 2013 11:10           
DIN-in sabiq əməliyyat müvəkkili təcridxanada niyə ləziz yeməklərlə bəslənilir? 

DIN-in sabiq baş əməliyyat müvəkkili, adam oğurlu və çoxsaylı ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov hələ MTN-in təcridxanasında saxlanılır. Barəsində məhkəmə hökmünün olmasına baxmayaraq onun cəzaçəkmə müəssisəsinə köçürülməməsinin səbəbləri aydın deyil. Doğrudur, bu məsələ bir dəfə gündəmə gələndə MTN bəyan etmişdi ki, Hacı Məmmədov cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmir.
Lakin bundan sonra sabiq əməliyyatçının anası oğlunun MTN-nin təcridxanasında saxlanılmasına etiraz etməsi barədə xəbərlər yayıldı. Digər tərəfdən Hacı Məmmədov özü MTN-nin təcridxanasında qalmaq istəsə belə, bu, onun cəzaçəkmə müəssisəsinə köçürülməməsi üçün əsas sayıla bilməz. Qanun hansısa məhkumun şəxsi istəklərindən üstündür və dövlət qurumu qanuna istinad etməlidir. Lakin görünür, MTN üçün Hacı Məmmədovun şəxsi istəkləri qanundan daha üstündür. Ya da burada hansısa ciddi səbəblər var. Bəzi mülahizələrə görə, Hacı Məmmədovun MTN-nin təcridxanada saxlanılması onun danışa bilməsi təhlükəsindən irəli gəlir. DIN-in sabiq əməliyyat müvəkkili kifayət qədər məlumatlı şəxsdir. Bu onun məhkəməsində qabarıq şəkildə aydın oldu. Ola bilər, ehtiyat edilir ki, cəzaçəkmə müəssisəsində sərbəstlik qazanan Hacı Məmmədov osminoqun başqa qolları barədə bayıra məlumat ötürə bilər ki, bu da hakimiyyətə sərf etmir.
MTN-də isə Hacı Məmmədova hətta ailəsi ilə görüşməyə imkan verilir: "Hacı Məmmədov ailəsilə görüşmək istəmir” adı altında.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun sözlərinə görə, o, evdən  hansısa azuqənin göndərilməsindən də imtina edib. Elçin Behbudovun sözlərinə inansaq, Hacı Məmmədovun təcridxanada günü pis keçmir: "Hacı Məmmədov müxtəlif meyvələr və meyvə şirələri ilə, balıq qızartması ilə təmin olunur. Şəkərli diabetdən əziyyət çəksə də, dərmanlardan istifadə etmir. Pəhriz vasitəsi ilə şəkərini tənzimləyir. Kamerasında televizor da var”.
Hacı Məmmədova xüsusi imtiyazlar tanınması da maraqlıdır. Hər halda MTN-nin təcridxanası restoran deyil və indiyə qədər hansısa məhbusun meyvə şirələri, balıq qızartması ilə təmin olunmasına rast gəlinməyib. Konkret nümunə: Şərlənərək həbs edilən və MTN-nin təcridxanasında saxlanılan AXCP sədrinin qaynı Elnur Seyidov dağınıq skeleroz xəstəliyindən əziyyət çəkir. Lakin MTN rəhbərliyi bunu nəzərə almır. O ki, qaldı Elnur Seyidova ləziz təamlar verilsin. Deməli, məhbuslarla fərqli davranılır. Hacı Məmmədova xüsusi diqqət göstərilməsinin səbəbinə gəlincə, bu, onun cəzaçəkmə müəssisəsinə köçürülməməsinin əvəzi hesab edilə bilər.  

Vidadi Məmmədov

http://www.azadliq.info/asagi-manset/351-asagi-manshet/31697-haci-memmedov.html
Просмотров: 509 | Добавил: Admin | Теги: Azərbaycan, MTN, ömürlük məhbuslar, məhbuslar, ömürlüklər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0