AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Сентябрь » 16 » Ombudsman əməkdaşları bəzi cəzaçəkmə müəssisələrində araşdırma aparıblar
18:25
Ombudsman əməkdaşları bəzi cəzaçəkmə müəssisələrində araşdırma aparıblar
Internet ünvanı: http://news.milli.az/society/209192.html
13:56, 22 avqust 2013

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı və 14 saylı cəzaçəkmə müəssisələrində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılma şəraiti, məhkumların səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Araşdırma zamanı 14 saylı müəssisədə aparılmış kadr islahatından sonra bir sıra müsbət işlər görüldüyü, belə ki, məhkumların ailələri ilə telefon danışığı üçün nəzərdə tutulmuş xətlərin sayının 2-dən 4-ə çatdırıldığı, qısa müddətli görüş otağının və asudə vaxtın səmərəli keçirilməsi üçün klubun təmir edildiyi, içməli su xəttinin təzələnməsi və inzibati binada təmir işlərinin yekunlaşdırıldığı məlum olub.

Qəbul edilən məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri və cəzaçəkmə müəssisəsinin daxili intizam qaydaları izah edilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Milli.Az
              
Bizimlə əlaqə: editor@milli.az

Copyright © 2011 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Просмотров: 545 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, MPM, 12 saylı CÇM, 14 saylı CÇM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Сентябрь 2013  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0