AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Май » 6 » Ömürlük məhbus niyə intihar etdi?
01:06
Ömürlük məhbus niyə intihar etdi?
Azadlıq, 28 FEBRUARY 2012 10:05

Emin Qədirov karserə salınanda «intihar edəcəm» xəbərdarlığını etsə də...
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında intihar hadisəsi baş verib. Qaradağ Rayon Prokurorluğundan verilən xəbərə görə, həbsxanada saxlanılan 53 yaşlı Emin Qədirov özünü kamerada asaraq intihar edib.
Onun Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri ilə təqsirləndirilərək, ömürlük azadlıqdan məhrum edildiyi bildirilir. Hazırda faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən isə qurumun bu cür xəbərlərə şərh vermədiyi bildirilib. 
Qeyd edək ki, Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmü qanunvericilikdən çıxarıldıqdan sonra 1998-ci ildə ölüm hökmü altında olan məhbusların cəzaları Milli Məclisin qəbul etdiyi qərarla ömürlük həbs cəzası ilə əvəzlənib. Ermənistan və Gürcüstanda belələrinin cəzaları 15 illə əvəzlənib. Azərbaycanda isə yalnız bir nəfərin cəzası ölkə başçısının əfv fərmanı ilə 20 ilə endirilib.
Emin Qədirov 21 il idi ki, məhbus həyatı yaşayırdı. Azadlığa çıxmaq üçün Ilham Əliyevə dəfələrlə əfv ərizəsi ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdı.
"Azadlıq”a daxil olan məlumata görə, intihar edən gün isə onu karserə salıblar. Məhbus buna dözə bilməyəcəyini, ora gedəcəyi təqdirdə intihar edəcəyini deyib. "Cəhənnəmə intihar elə!” cavabını eşidib və karserə salınıb. Bu cavabdan sonra Emin Qədirov intihara əl atıb. Daxil olan məlumatda o da vurğulanır ki, Emin Qədirov ölkə başçısına etdiyi müraciətlərinə görə dəfələrlə təzyiqlərə məruz qalıb. Hətta bir dəfə vəhşicəsinə döyülüb.
Məlumatı verən şəxs deyir ki, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənən zaman 127 məhbus olub. Hazırda Qobustan həbsxanasında 76 nəfər cəza çəkir.

Ramin DEKO
Просмотров: 559 | Добавил: Admin | Теги: Qobustan, Azərbaycan, məhbuslar, Гобустан, азербайджан, ömürlüklər, intihar, пожизненники, самоубийство | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Май 2012  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0