AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Январь » 3 » Ömürlük məhbus S.A.Strelyayevin nigah mərasimi keçirilmişdir
06:55
Ömürlük məhbus S.A.Strelyayevin nigah mərasimi keçirilmişdir
30 October, 2013 18:34:00
http://penitensiar.justice.gov.az/xeberler/745.html
30 oktyabr 2013-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçin nigah mərasimi keçirilmişdir.
Penitensiar xidmətin müəssisələrində cəza çəkən yaradıcı məhkumlardan olan S.A.Strelyayev çoxsaylı şerləri və nəşr olunmuş kitabları ilə ictimaiyyətə yaxşı tanışdır. Məhbəs həyatı yaşayan insanların yaradıcılıq nümunələri son illər ərzində ictimaiyyətə geniş təqdim olunmuş, həmin tədbirlərdə millət vəkilləri, görkəmli şair və yazıçılar, xarici ölkə səfirliklərinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Məhkum S.A.Strelyayevin və onun yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaratmışdır. Həbsxanada keçirilən tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Qaradağ rayon Qeydiyyat şöbəsinin məsul əməkdaşları, məhkumun anası, yaxın qohumları və tanışları, kütləvi informsiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 
Nigah mərasimini giriş sözü ilə açan Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulamış, ölkə başçısının tapsırıqlarına uygun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat vermişdir.
Çıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemində əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin təmin olunduğunu qeyd etmişlər. Həmçinin, muasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. 
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi

30.10.2013
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi

Просмотров: 440 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, ömürlüklər, nigah, Qobustan Həbsxanası | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0