AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Март » 20 » Ömürlük məhbus S. A. Strelyayevin şeirlərindən ibarət növbəti kitabın təqdimat mərasimi keçirilmişdir
22:14
Ömürlük məhbus S. A. Strelyayevin şeirlərindən ibarət növbəti kitabın təqdimat mərasimi keçirilmişdir
15 yanvar 2013-cü il tarixdə Penitensiar xidmətin Həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçin şeirlərindən ibarət rus dilində nəşr edilmiş növbəti kitabın təqdimatı keçirilmişdir.
Məlum olduğu kimi, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müəssisələrində cəza çəkən yaradıcı məhkumların əl işlərindən ibarət müxtəlif sərgilərin təşkili, eləcə də bədii yaradıcılığı olan məhkumların şerlərindən ibarət kitabların nəşr olunması artıq ənənəyə çevrilmişdir. Məhbəs həyatı yaşayan insanların yaradıcılıq nümunələrinin toplandığı bu nəşrlərin geniş ictimaiyyətin iştirakı ilə təqdimat mərasimləri keçirilmiş, həmin tədbirlərdə millət vəkilləri, görkəmli şair və yazıçılar, xarici ölkə səfirliklərinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 
15 yanvar 2013-cü il tarixdə Penitensiar xidmətin Həbsxanasında keçirilən məhkum Strelyayev Sergey Aleksandroviçin şeirlərindən ibarət kitabın təqdimat mərasimində məhkumun bilavasitə iştirakı tədbirin daha maraqlı keçməsinə rəvac vermişdir. 
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Ombudsman Aparatının məsul əməkdaşları, Yazıçılar Birliyinin üzvləri, məhkumun anası, yaxın qohumları və tanışları, kütləvi informsiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 
Təqdimat mərasimini giriş sözü ilə açan Penitensiar xidmətin şöbə rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulamış, ölkə başçısının tapsırıqlarına uygun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat vermişdir. 
  Cıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemində əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin, söz və mətbuat azadlığının təmin olunduğunu vurğulamışlar. Həmçinin, muasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. 
  Sonra məhkumun törətdiyi cinayət əməllərinə görə keçirdiyi peşmançılıq hisslərini, azadlığa qovuşmaq istəklərini əks etdirən şeirləri dinlənilmişdir. 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi

15.03.2013

Просмотров: 503 | Добавил: Admin | Теги: Qobustan, ömürlük, Azərbaycan, məhkumlar, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Март 2013  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0