AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Октябрь » 5 » Ömürlük məhbusların müraciəti necə qarşılanır?
00:17
Ömürlük məhbusların müraciəti necə qarşılanır?

2014-07-25 - 17:54:00

Ömürlük həbs rejimində saxlanan Əli Quliyev 74 ömürlük məhbus adından ölkə başçısına müraciət edərək əfv istəyib ( 74 ömürlük məhbusun adından prezidentə müraciət olunub). Məhbuslar ölüm cəzası ləğv edilən zaman onlara avtomatik ömürlük həbs verilməsini hüquq prinsiplərinin kobud pozuntusu saydıqlarını vurğulayıblar.

Bu məsələ ilə bağlı sualı cavablandıran Prezident Administrasiyasının əfv sektorunun müdiri Kəmalə İsmayılova “Media forum” saytına deyib ki, daxil olan bütün rəsmi müraciətlərə baxılıb məhbusların özünə cavab verilir: “Bizə 74 məhbusun adından rəsmi müraciət daxil olmayıb”.

Milli Məclisin deputatı, Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev “Media forum” saytına deyib ki, ömürlük məhbuslarla bağlı məsələlər dəfələrlə qaldırılıb, ictimaiyyət də bu problemi müzakirə edilib: “Ömürlük məhbusların bir hissəsi vaxtilə ölüm hökmünə məhkum edilmiş şəxslərdir. Azərbaycanda ölüm hökmü ləğv olunduğuna görə cəzaları ömürlük həbslə əvəz edilib. Artıq bir addım atılıb. Cəzaların müddətli həbslə əvəzlənməsinə gələcəkdə baxılması mümkündür. Amma Əfv Komissiyası vaxtilə ömürlük məhbusların müraciətlərinə baxıb. Onların törətdikləri əməlləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlinib ki, müraciət edənlərin heç birini əfv etmək mümkün deyil”.

Vaxtilə ölüm hökmü almış ömürlük məhbusların işinə məhkəmələrdə yenidən baxılması təkliflərinə gəlincə, deputat deyib ki, hər kəs cəzasını ağır hesab edə bilər və onun işə yenidən baxılması üçün müraciət etmək hüququ var: “Amma bu işlərlə biz məşğul olmuruq. Bu işlərə məhkəmələr aydınlıq gətirə bilər”.
"Media forum"

http://www.mediaforum.az/az/2014/07/25/Ömürlük-məhbusların-müraciəti-necə-qarşılanır-055405941c00.html

Просмотров: 355 | Добавил: Admin | Теги: Azərbaycan, ömürlük məhbuslar, məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0