AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Февраль » 16 » Özünü asan ömürlük məhkum kimdir? 1 günlük evlilik, öldürülən ahıl ər və arvad...
07:25
Özünü asan ömürlük məhkum kimdir? 1 günlük evlilik, öldürülən ahıl ər və arvad...

YAYIM TARİXİ: 4 Fevral 2016 16:47

Xəbər verdiyimiz ki, Qobustan həbsxanasında ömürlük məhkum özünü asıb. Musavat.com xəbər verir ki, intihar edən Sübhay İbrahimov 2014-cü ilin noyabrında ağır cinayət törədib.

23 noyabr 2014-cü il tarinxdə Goranboyun Qaradağlı kəndində 80 və 82 yaşlı ər-arvad amansızlıqla qətlə yetirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ahıl ər-arvasın keçmiş kürəkənləri Sübhay İbrahimov olduğu müəyyən edilib. Sübhay hadisədən təxminən 1 il əvvəl Məmmədovlar ailəsinin ruhi xəstə olduğu deyilən qızı ilə ailə qurubmuş. Bu evlilik cəmi bir gün çəkib və qadın atasının evinə qayıdıb. Qocaları qətlə yetirən zaman sərxoş olan Sübhay İbrahimov istintaqa ifadəsi zamanı onları tamah məqsəd ilə öldürdüyünü təsdiq edib. Gecə saatlarında keçmiş qaynatasının evinə gələrək ondan pul tələb edib, rədd cavabı aldıqda isə əvvəlcə Tahir Məmmədovu daha sonra isə Sona Məmmədovanı yumruqla vurub. 80 yaşlı qarı Sübhayı polisə şikayətlə hədələdikdə isə keçmiş kürəkən həyətdəki balta ilə əvvəlcə Tahir Məmmədovu daha sonra isə onun həyat yoldaşınını öldürüb.

Sübhay İbrahimov cinayətini etiraf edib: "Baltayla sandığın ağzını açdım, dəsmala bükülü 30 manat pul var idi, o pulu götürdüm, arxa evin qapısını açdım. Baxdım heç nə yoxdu, 30 manatı götürdüm çıxdım”.

Hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Goranboyun Totan kəndindən olan Sübhay İbrahimov Göygöl rayonu ərazisində saxlanılıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsiylə cinayət işi açılıb. Daha sonra isə Sübhay İbrahimov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fevralın 3-də saat 11:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.

Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq, məhkum S.İbrahimov vəfat edib.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

http://musavat.com/news/kriminal/ozunu-asan-omurluk-mehkum-kimdir-1-gunluk-evlilik-oldurulen-ahil-er-ve-arvad_323610.html
 

Просмотров: 272 | Добавил: Admin | Теги: Azərbaycan, intiharlar, Qobustan Həbsxanası, ömürlük məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
29

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0