AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Сентябрь » 17 » Pənah Hüseyn: “14 saylı həbsxanada heç vaxt “obşak” olmayıb”
06:13
Pənah Hüseyn: “14 saylı həbsxanada heç vaxt “obşak” olmayıb”
Müsavat, 12.09.2012
Həmin cəzaçəkmə müəssisəsində məhbusu olmuş Pənah Hüseyn: "Radioaktiv tullantılar dustaqların başlarında şiş yaradır; qışda çimmək üçün, içmək üçün qar əridirlər”
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinin bir qrup məhbusu saxlanma şəraitlərinə etiraz olaraq həbsxananın həyətinə çıxıblar. Dustaqlardan birinin qohumunun dediyinə görə, sentyabrın 9-da həbsxanaya baş çəkəndə onları həbsxanadan təxminən 150 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər. Bir neçə şahid həbsxana yaxınlığında qara maskalı əməliyyatçıları gördüyünü, hadisə yerinə xüsusi itlər gətirildiyini deyib. Dustaqların qohumları 20-dən çox məhbusun həbsxanadan aparıldığını bildirib.
14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, həmçinin ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır.
Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində satirik yazar Mirzə Sakit, blogger Adnan Hacızadə, gənc fəal Bəxtiyar Hacıyev, AXCP fəalı Sahib Kərimov saxlanılıb. Hazırda hüquq müdafiəçisi Vidadi İsgəndərli də həmin təcridxanada cəza çəkməkdədir.
Keçmiş siyasi məhbus, "İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev isə bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində sentyabrın 9-da baş verən olay oğru ideyası təbliğatçılarının müəssisədə rejim qaydalarını dəyişmək - "obşak”ı qaytarmaq cəhdidir.
2004-2005-ci illərdə həmin CÇM-də həbsdə olan sabiq baş nazir Pənah Hüseyn "Yeni Müsavat” a açıqlamasında Penitensiar Xidmətə aid cəzaçəkmə müəssisələrindəki vəziyyətin narahatlıq doğurduğunu dedi: "Ölkədə CÇM vəziyyət çoxdan müzakirə mövzusu olsa da, hazırda 1 dənə də olsa normal CÇM-i yoxdur. Vəziyyətin dözülməz olduğu müəssisə kimi ən ciddi siqnallar 14 saylı CÇM-dən gəlir. CÇM-də bu il qəbul olunan ”İstintaq təcridxanalarında və həbs yerlərində məhbus, təqsirləndirilən şəxslərin hüquqları haqqında" Qanunda kifayət qədər mütərəqqi müddəalar var. Amma qanunun icrası çox bərbad durumdadır. İctimai Palatada keçirilən dinləmələrdə konkret olaraq 14 saylı müəssisədə vəziyyətin dözülməz həddə olması xüsusi olaraq qeyd edilib. Deyilirdi ki, CÇM rəhbərliyi məhbuslardan tələb edir ki, xidməti otaqlara ayaqqabılarını çıxarıb daxil olsunlar, otaqlardan çıxarkən isə rəis və müavinlərinə arxa çevirmədən kabineti tərk etsinlər. Bu insan ləyaqətinin aşağılanması, açıq-aşkar işgəncə faktıdır. Orada namaz qılmaq, ibadət etmək istəyən şəxslərdən həbsə qədər namaz qılıb, ibadət etmələrini təsdiqləyən arayış təqdim etmələri tələb olunur. Əks təqdirdə, onların namaz qılmasına qadağa qoyulur. Bu ümumiyyətlə görünməmiş özbaşınalıqdır. Ümumiyyətlə isə həmin müəssisə bağlanmalıdır. Çünki müəssisə 4 bir tərəfində karxanalar arasında yerləşir, ərazidə sovet dövründə radioaktiv tullantıların basdırılması haqda məlumatlar var. Həmin ərazidə ilboyu göz-gözü görməyəcək dərəcədə toz-tozanaq olur, ona görə də dustaqların yarıdan çoxu vərəm xəstəliyinə tutulur. Radioaktiv tullantılar dustaqların başlarında şiş əmələ gətirir. Nəhayət, orada içməli su problemi dəhşətli dərəcədədir. Orada cəza çəkənlərin dediyinə görə, qışda çimmək üçün, içmək üçün qar əridirlər. Qaz yoxdur".
P.Hüseyn bildirdi ki, həmin CÇM-də həbsdə olduğu vaxtlarda da orada vəziyyət ağır olub: "Ora sovet dövründə Azərbaycanda yeganə qırmızı ”zon" olub. Orada heç vaxt "obşak” qaydaları olmayıb. Əksinə, belə demək mümkünsə, orada həmişə "anti-obşak” əhval- ruhiyyəsi mövcud olub. Bu baxımdan orada məhkumların "obşak” yaratmaq istəyində olmaları, buna görə "bunt” qaldırmaları inandırıcı deyil. Orada çox pis saxlanma şəraitinə, antisanitariyaya, insanların sağlamlığı üçün dəhşətli vəziyyətə etiraz olub. Məhbuslar qanuni hüquqlarını tələb edən kimi 14 saylı CÇM-in rəhbərliyi onları "obşak” yaratmağa cəhddə ittiham edir. CÇM-in rəhbərliyi bu cür üsullarla məhkumların hüquqlarının tələb etməsinin qarşısını alır".
P.Hüseyn İctimai Palatanın bugünkü iclasında bu məsələnin bir daha müzakirə olunacağını söyləyib: "Çünki bizim 2 vicdan məhbusu - Şahin Həsənli və Vidadi İsgəndərli də orada cəza çəkirlər. Bu məsələ İctimai Palatanın diqqətində olacaq. CÇM rəhbərliyinin qeyri-qanuni addımları yoxlanılmalı və müvafiq tədbirlər görülməlidir”.

Просмотров: 523 | Добавил: Admin | Теги: Azərbaycan, etiraz aksiya, həbsxalalar, 14 saylı CÇM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0