AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Июнь » 11 » Penitensiar Xidmət Hilal Məmmədovun iddialarını təkzib etdi
16:35
Penitensiar Xidmət Hilal Məmmədovun iddialarını təkzib etdi

2014-01-27 - 17:52:00

Penitensiar Xidmət məhbus hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədovun iddialarını təkzib edir.

Hilal Məmmədov yanvarın 24-də ailəsinə zəng edərək saxlanma şəraitindən gileylənib. İddia edib ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində əziyyətə məruz qalıb, dərmanlarını, sənədlərini, pullarını əlindən alıblar, saçını məcburi qırxıblar və hədələyiblər.

Hilal Məmmədov 17 saylı Cəzaçəkmə Müəssisəsinə yanvarın 23-də köçürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov yanvarın 27-də “Media forum” saytına bildirib ki, hər cəzaçəkmə müəssisəsinin nizam-intizam qaydası mövcuddur: “Bütün müəssisələrdə hər bir məsələ qanunvericiliyə əsaslanaraq həyata keçirilir. Hər birində qaydalara uyğun olaraq məhbuslar həm xüsusi geyimlə təmin olunurlar, həm də onların saçı qırxılır. Hilal Məmmədov 17 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olduqdan sonra ona bütün qaydalar izah olunub. O da heç bir problem olmadan saçının qırxılmasına razılıq verib.

Dərmanlarının əlindən alınması həqiqətə uyğun deyil. Səhhəti üçün lazım olan bütün dərmanlar özündədir. Bununla bağlı hər hansı problem ola bilməz. Hədə iddiaları da əsassızdır. Ümumiyyətlə, həbsxanada heç kim məhkumu hədələyə bilməz. Hilal Məmmədovu da müəssisə əməkdaşlarından heç kim hədələməyib. Mövcud qanunvericilik, nizam-intizam qaydaları var. Həm məhkumlar, həm də müəssisə əməkdaşları buna uyğun hərəkət etməlidir”.

Mehman Sadıqov əlavə edib ki, məhkumlara aid olan sənədlərin və əşyaların hansının özlərində qalmasına icazə verən ayrıca bir siyahı var: “Həmin siyahı daxili nizam-intizam qaydalarına uyğun olaraq təsbit olunub. Məhkum siyahıda göstərilən əşyalardan başqa heç nə saxlaya bilməz”.

Hilal Məmmədov 2012-ci ilin iyununda tutulub, 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Hilal Məmmədovu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.

"Media forum"

http://www.mediaforum.az/az/2014/01/27/Penitensiar-Xidm%C9%99t-Hilal-M%C9%99mm%C9%99dovun-iddialar%C4%B1n%C4%B1-054916885c00.html

Просмотров: 470 | Добавил: Admin | Теги: 17 saylı CÇM, həbsxanalar, məhbuslar, Azərbaycan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2014  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0