AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Октябрь » 5 » Penitensiar xidmət: Qobustan həbsxanasında məhkumların aclıq aksiyası keçirilməsi barədə məlumatlar əsassızdır
00:24
Penitensiar xidmət: Qobustan həbsxanasında məhkumların aclıq aksiyası keçirilməsi barədə məlumatlar əsassızdır

04 Avqust 2014 15:00
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidməti Qobustan həbsxanasında məhkumlar tərəfindən aclıq aksiyası keçirilməsi barədə məlumatları əsassız sayır.
 
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bununla əlaqədar müəssisə və xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb: “Ədliyyə polkovniki Fikrət Qafarovun Həbsxanaya rəis təyin edilməsi ilə bağlı Penitensiar xidmət tərəfindən artıq ictimaiyyətə məlumat verilib. Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar isə Həbsxananın yeni təyin olunmuş rəisi tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata keçirilən tədbirlərə, rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların yaxınları tərəfindən göstərilən reaksiyadır. Penitensiar xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır” .

Qeyd edək ki, Qobustan həbsxanasında məhkumlar tərəfindən  kütləvi şəkildə aclıq akasiyası keçirilməsi barədə məlumatlar yayılıb. Məlumata görə, məhkumlar həbsxanaya rəis vəzifəsinə yeni təyin olunmuş Fikrət Qafarovun onlarla kobud rəftarına etiraz edirlər.

Просмотров: 334 | Добавил: Admin | Теги: Azərbaycan, Qobustan Həbsxanası, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0