AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Февраль » 24 » Penitensiar xidmətdə 2012-ci ildə görülmüş işlər müzakirə olunmuşdur
07:22
Penitensiar xidmətdə 2012-ci ildə görülmüş işlər müzakirə olunmuşdur

08.02.2013
Fevralın 8-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak etmişlər.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev qurumun 2012-ci ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi üzrə işləri, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, xidmətin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən məhkumların təhlükəsiz müşayiəti üçün zəruri avadanlıqda təchiz olunmuş xüsusi nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində görülən əməli tədbirləri qeyd etmişdir.
Bildirilmişdir ki, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılması üzrə konkret tədbirlər görülmüş, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 164 əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, 7 müəssisənin rəisi və 24 işçisi tutduqları vəzifədən azad olunmuş və ya ədliyyə orqanlarından xaric edilmişlər.
Bununla yanaşı, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 192 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılmış, habelə qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilərək 2012-ci ildə aparılmış əməliyyat-baxış tədbirləri nəticəsində 28.500 manata yaxın pul, 136 litr spirtli içki, 121 mobil telefon, 447.7 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülmüş və həmin faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. 
Müşavirəyə yekun vuran nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində görülən işlərdən və irimiqyaslı layihələrdən danışmış, penitensiar sistemin müasirləşdirilməsini, o cümlədən məhkumların ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə bölgələrdə yeni penitensiar komplekslərin inşasını və artıq Şəkidə belə müəssisənin inşa edilərək istifadəyə verilməsi üçün hazır olduğunu vurğulamışdır.
Eyni zamanda, məhkumların tibb təminatının xeyli yaxşılaşdığı vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının 1995-ci illə müqayisədə 35 dəfə aşağı düşdüyü qeyd olunmuş, bu sahədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək 2012-ci ildə bir çox ölkələrin, o cümlədən İngiltərə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Filippin və İraqın nümayəndələrinin ölkəmizə tanışlıq səfərinə gəldikləri diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ötən il beynəlxalq, yerli qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət uğurla davam etdirilmiş, artıq səmərəli ictimai nəzarət modeli kimi beynəlxalq aləmdə tanınan İctimai Komitə və digər təşkilatlar tərəfindən penitensiar müəssisələrə 200-dən çox başçəkmə həyata keçirilmişdir. 
Nazir görülmüş işlərə baxmayaraq, aparılmış yoxlamalar və təhlillərin, daxil olan şikayət və siqnalların penitensiar müəssisələrdə narahatlıq doğuran nöqsanların olmasına dəlalət etdiyini bildirmiş, ölkə Prezidentinin bu ilin yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi barədə ciddi tapşırıqlarını diqqətə çatdırmışdır. 
Müşavirədə penitensiar müəssisələrdə korrupsiyaya şərait yaradan halların qarşısının qətiyyətlə alınması, işçi heyətlə məhkumlar arasında davranış qaydalarına dönmədən riayət olunması, vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi, müasir İKT-lərin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb olunmuşdur.
Eyni zamanda, dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının məqsədlərinə uyğun olaraq ədliyyə sistemində, o cümlədən Penitensiar xidmətdə işin ən müasir tələblər səviyyəsində qurulması, məhkumların hüquqlarının geniş şəkildə təmin olunması, onların faydalı işə cəlb edilməsi, islah işinin, asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli psixoloji və hüquqi yardımın göstərilməsi, vakansiyaların daha hazırlıqlı və yüksək mənəvi keyfiyyətə malik işçilərlə doldurulması, müasir penitensiar infrastrukturun yaradılması üzrə işlərin sürətləndirilməsi ilə bağlı və digər mühüm tədbirlər barədə konkret tapşırıqlar verilmişdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
08.02.2013
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
08.02.2013
08.02.2013
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar sistemdə köklü islahatlar aparılır, cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilmiş, bu sahədə qanunvericilik təkmilləşdirilmiş, saxlanma şəraiti, ərzaq və tibb təminatı yaxşılaşdırılmış, ictimai nəzarət gücləndirilmiş, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görülür.

Просмотров: 468 | Добавил: Admin | Теги: Penitensiar Xidməti, Azərbaycan, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2013  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0