AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Декабрь » 17 » Penitensiar xidmətdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı seminar-məşğələ
09:12
Penitensiar xidmətdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı seminar-məşğələ

05 December, 2014 17:10:00

05.12.2014-cü il tarixində dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində seminar-məşğələ keçirilib. Tədbirdə Penitensiar xidmətin rəis müavinləri - ədliyyə general-mayoru Hüseyn Əlixanov, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, rəis müavini vəzifəsi üzrə səlahiyyətləri icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Mərkəzi Seçki Komissiyasının üzvləri, Xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları iştirak ediblər. Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri icra edən ədliyyə polkovniki Rafiq Ramazanov seminarı giriş sözü ilə açaraq Penitensiar xidmətdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlər barədə ümumi məlumat verib. Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova seçkilərin qəbul edilmiş normativ-hüquqi aktlarının, metodiki yardım xarakterli sənədlərinin hazırlanması və hüquqi tənzimlənməsi qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, seçki prosesindəki fəaliyyət və hazırlıq qaydaları və seçki məntəqələrində işin aparılması haqqında geniş çıxış edib. Seminarın sonunda Mərkəzi Seçki Komissiyasının məsul əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

05.12.2014

http://penitensiar.justice.gov.az/xeberler/1452.html

Просмотров: 289 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar, seçkilər | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0