AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2014 » Октябрь » 6 » Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasını ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır
01:24
Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasını ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır

25 August, 2014 18:45:00

Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri barədə tamamilə əsassız, həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan əvvəl Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasının keçirilməsi, ardınca orada bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlər məhz bu qəbildəndir. 
Penitensiar xidmət bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığını dəfələrlə bəyan edib.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin xüsusi tapşırığına əsasən Həbsxanada cəza çəkən məhkumların ailə üzvləri və yaxınları ilə görüş zamanı qaldırılmış məsələlərlə bağlı xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən digər cəza çəkənlərin ailə üzvlərində təşviş yaratmaq məqsədilə Həbsxanada aclıq aksiyası keçirilməsi və məhkumlarla kobud davranış barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. 25.08.2014-cü il tarixdə bir neçə məhkumun özünə xəsarət yetirməsi barədə yayılan növbəti həqiqəti əks etdirməyən xəbər da məhz cinayətkar aləmin sifarişlərinin nəticəsidir. 
Penitensiar xidmət olaraq bir daha qeyd edirik ki, cəzaçəkmə müəssisələri cəmiyyətin bir hissəsidir. Bu gün üzvü olduğumuz cəmiyyətdə firavanlıq, əmin-amanlıq, qayda-qanun hökm sürürsə, cəzaçəkmə müəssisələrində özbaşınalığın, hərc-mərcliyin mövcud olması mümkünsüzdür. 
Penitensiar xidmət tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxlayır və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bəyan edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi kütləvi informasiya vasitələri ilə sıx əlaqə saxlayır, cəzaçəkmə müəssisələrində baş verən hər hansı fövqəladə hadisə barəsində öz rəsmi saytı vasitəsilə ictimaiyyətə bəyan edir və bundan sonra da edəcəkdir. 

İctimaiyyətlə əlaqələr şöbəsi.

25.08.2014

http://penitensiar.justice.gov.az/xeberler/1299.html

Просмотров: 365 | Добавил: Admin | Теги: Azərbaycan, Qobustan Həbsxanası, etirazlar, məhbuslar, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Октябрь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0