AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Февраль » 16 » Qobustan Həbsxanasındakı intiharla bağlı cinayət işi başladı
07:27
Qobustan Həbsxanasındakı intiharla bağlı cinayət işi başladı

Bakı şəhər prokurorluğu həbsxanada baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 3-də  saat 11:30 radələrində baş verib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.

Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq məhkum S.İbrahimov vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
               
Qeyd edək ki, 2015-ci ilin noyabrın 22-də Qaradağlı kəninə gələn rayonun Todan kənd sakini 1975-ci il təvəllüdlü Sübhay İbrahimov 1932-ci il təvəllüdlü Tahir Məmmədovu və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Məmmədovanı tamah məqsədi ilə qətlə yetirib. Gecə saatlarında ahıl şəxslərin yaşadığı mənzilə soxulan 39 yaşlı kişi onları öldürdükdən sonra evi talan edib. Sübhay İsmayılovun mənzildən xeyli miqdarda pul və qiymətli əşya götürdüyü müəyyən edilib.

Xatırladaq ki, Sübhay İbrahimov ailənin keçmiş kürəkəni olub. Sübhay təqribən hadisədən 1 il əvvəl Məmmədovlar ailəsinin ruhi xəstə olduğu deyilən qızı ilə ailə qurubmuş. Bu evlilik cəmi bir gün çəkib və qadın atasının evinə qayıdıb.

Qocaları qətlə yetirən zaman sərxoş olan Sübhay İbrahimov istintaqa ifadəsi zamanı onları tamah məqsədiylə öldürdüyünü təsdiq edib. Gecə saatlarında keçmiş qaynatasının evinə gələrək ondan pul tələb edib, rədd cavabı aldıqda isə əvvəlcə Tahir Məmmədovu daha sonra isə Sona Məmmədovanı yumruqla vurub.

Sübhayı polisə xəbər verəcəyi ilə hədələdikdə isə həyətdəki balta ilə əvvəlcə Tahir Məmmədovu daha sonra isə onun həyat yoldaşını vuraraq qətlə yetirib.

İstintaqa ifadə verən Sübhay İbrahimov cinayətini etiraf edib: “Baltayla sandığın ağzını açdım, dəsmala bükülü 30 manat pul var idi, o pulu götürdüm, arxa evin qapısını açdım. Baxdım heç nə yoxdu, 30 manatı götürdüm çıxdım”.

Hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Goranboyun Totan kəndindən olan 39 yaşlı Sübhay İbrahimov Göygöl rayonu ərazisində saxlanılıb.

Sübhay İbrahimov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsio öldürmə) maddəsi ilə ittiham edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Hacı Zeynalov
Tarix: 04 Fevral - 15:11

http://teleqraf.com/news/86227#sthash.mksLCVIF.dpuf

Просмотров: 343 | Добавил: Admin | Теги: Azərbaycan, intiharlar, Qobustan Həbsxanası, ömürlük məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
29

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0