AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 12 » Qobustanda aclıq aksiyası
04:28
Qobustanda aclıq aksiyası
Azadlıq, 18 APREL 2013 19:57
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan 30-a yaxın ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclıq aksiyasına başlayıb.

Məhbus yaxınlarının APA-ya verdiyi məlumata görə, aclıq aksiyasına başlayanlar cinayət işlərinə yenidən baxılmasını, cəzalarının daha yüngül cəza ilə əvəz olunmasını tələb edirlər.
 
Məlumatda bu ilin fevral ayında ölüm cəzasının ləğv olunmasının 15 ilinin tamam olduğu, Azərbaycandakı ömürük cəzaya məhkum olunanların 15 ildən çox cəza çəkdikləri qeyd olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl ömürlük məhkum Əli Quliyevin adından Ombudsman Elmira Süleymanovaya, Milli Məclisin deputatı Əli Hüseynliyə, hüquq müdafiəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət ünvanlanıb. Həmin müraciətdə də ömürlük azadlıqdan məhrum edilmiş məhkumların işinə yenidən baxılmalı olduğu bildirilib.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirib ki, bu gün bir neçə məhkum aclıq aksiyasına başlaması barədə həbsxananın rəhbərliyinə müraciət edib: "Hər bir məhkumun aclıq aksiyası keçirmək hüquq var. Bu gün günorta Qobustan Həbsxanasında saxlanılan ömürlük həbs cəzasına məhkum olunan şəxslərdən bir neçəsi aclıq aksiyasına başlamaları barədə həbsxana rəisinə müraciət edib. Müraciət edən məhkumların hamısı aclıq aksiyasına başlamayıb. Onlar sadəcə müraciət ediblər. Əsas tələbləri də odur ki, onların işinə məhkəmələr tərəfindən yenidən baxılmalı, barələrində daha yüngül cəza təyin olunmalıdır”.
Просмотров: 495 | Добавил: Admin | Теги: Azərbaycan, ömürlük məhbuslar, məhbuslar, həbsxanalar, ömürlüklər, aclıq | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0