AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Август » 1 » Şəkidə yeni müasir tipli penitensiar kompleks istifadəyə verilmişdir
17:06
Şəkidə yeni müasir tipli penitensiar kompleks istifadəyə verilmişdir
29/07/2013
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən və beynəlxalq aləmdə təqdir edilən genişmiqyaslı islahatlar çərçivəsində ədliyyə sahəsində də köklü və mütərəqqi dəyişikliklər aparılır. Penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür və penitensiar infrastruktur müasirləşdirilir.
İyulun 29-da Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilmişdir.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Ombudsman Elmira Süleymanova, yerli məhkəmə, hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri, ədliyyə işçiləri, millət vəkilləri, Əfv Komissiyasının, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-in və ictimaiyyətin digər nümayəndələri iştirak etmişlər.
Mərasimdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Tədbirdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın hərtərəfli, o cümlədən regionların sosial-iqtisadi tərəqqisini qeyd etmiş, genişmiqyaslı məhkəmə və ədliyyə, xüsusilə penitensiar islahatlardan danışmışdır.
Bildirilmişdir ki, dövlət başçısının hər bir Azərbaycan vətəndaşına xüsusi diqqət və qayğısı nəticəsində əhalinin ən həssas təbəqələrindən olan təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunması üzrə əsaslı tədbirlər görülmüş, bu məqsədlə mühüm yeni qanunlar qəbul olunmuş, onların saxlanma şəraiti, ərzaq, tibb və digər təminatları yaxşılaşdırılmış, səmərəli ictimai nəzarət mexanizmi qurulmuş, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində başqa dövlətlərə örnək olan nailiyyətlər əldə olunmuş, bir çox dövlətlər Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələnmişlər.
Həmçinin, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən geniş tədbirlər çərçivəsində beynəlxalq standartlara tam cavab verməyən müəssisələrin əvəzinə yeni müasir obyektlər inşa olunur. Belə ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında penitensiar kompleks, Bakıda isə müasir tipli istintaq təcridxanası inşa olunaraq istifadəyə verilmişdir.
Şəkidə konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən bu penitensiar kompleksin istifadəyə verilməsinin təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcəyi bildirilmişdir.
Mərasimdə çıxış edən Şəki Rayon icra hakimiyyətinin başçısı, Ombudsman, millət vəkilləri, ictimaiyyət nümayəndələri regionların hərtərəfli inkişafına, xüsusilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən mütərəqqi islahatların aparılmasına verdiyi müstəsna əhəmiyyətə və hər bir vətəndaşa bəslənilən xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişlər.
Tədbir zamanı müəssisə ilə tanış olunmuş, təqsirləndirilən şəxslər və məhkumlar üçün yaradılmış müasir şərait yüksək qiymətləndirilmişdir.
Tanışlıq zamanı diqqətə çatdırılmışdır ki, Şəki penitensiar kompleksi müxtəlif rejim korpuslarından, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir.
Məhbusların saxlanma kameralarında nümunəvi şərait yaradılmış, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün istehsalat, eləcə də idman sahələri təşkil olunmuşdur.
Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunmuşdur. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılmış, su anbarları, nasosxana qurulmuşdur.
Sonda nazir müəssisənin kollektivinə uğurlar arzulamış, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
Eyni zamanda, səfər çərçivəsində nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olmuş, lazımi tapşırıqlar vermişdir.

http://justice.gov.az/view_full.php?id=483
Просмотров: 467 | Добавил: Admin | Теги: Azərbaycan, Şəki, təcridxanalar, həbsxalalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0